Azad Rəhimov: "Hamını salamlayıram. Yarımillik hesabat konfransını gecikdirməyimizin səbəbi Sinqapurda keçirilən Olimpiadanın nəticələrini gözləməyimiz oldu. Olimpiadada çox böyük nəticə əldə etmişik. 205 ölkə arasında Azərbaycan 11-ci yer tutub. Azərbaycan 5 qızıl medal qazanıb. Ölkə prezidenti bu nailiyyətləri çox yüksək qiymətləndirib, idmançılarla görüş keçirib.
Son 8-9 ayda ümumilikdə 300-dək medal qazanılıb. 36 beynəlxalq turnir keçirilib. Karate, cüdo, bodi-bildinq üzrə beynəlxalq turnirlər keçiriləcək. 200-dək müxtəlif tədbirlər təşkil olunub. Azərbaycanda idman inşaatı davam edilir. 27 Olimpiya kompleksi istifadəyə verilib, 9-u isə tikilməkdədir. Üç kompleksin isə təməlqoyması keçiriləcək. Kür Təlim-Tədris Bazası tikilib. Gimnastika kompleksində işlər başlanılıb. 2011-ci ildə Azərbaycanda Hovuz Kompleksinin tikilməsi nəzərdə tutulub. Daşkəsəndə tikilən kompleks isə dəyişdirilərək gənclər üçün mərkəz inşa olunur. Bu ayda Azərbaycanda ilk dəfə olaraq Avropa ölkələrinin idman nazirləri toplanacaq. 150-dək nümayəndənin iştirakı gözlənilir. İordaniya, Küveyt və Misirlə əməkdaşlıq müqavilələri imzalanıb.
Gənclər sahəsində 40-dan artıq tədbirlər keçirilib. Azərbaycanın 9 ayda 100-dən çox gənci xarici ölkələrdə tədbirlərdə iştirak ediblər. 12 qeyri-hökumət gənclər təşkilatları qeydiyyatdan keçib. Nazirlik daim onları dəstəkləyir. Nazirlik 30 layihəni maliyyələşdirir. "Cəsurlar" "Şahin" hərbi idman oyunları və s. keçirilir. 7 Gənclər Evi fəaliyyət göstərir".