Yeniyetmələrin I Olimpiya Oyunlarının qalibləri mükafatlandırılıb

Prezident İlham Əliyev Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərən idmançı və onların məşqçilərinin mükafatlandırılması barədə sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat; ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə isə 15 min manat mükafat ayrılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə