Prezident İlham Əliyev Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərən idmançı və onların məşqçilərinin mükafatlandırılması barədə sərəncam imzalayıb.
SİA-nın məlumatına görə, Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat; ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə isə 15 min manat mükafat ayrılır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.