YAP-ın hesabat-seçki yığıncaqları davam edir FOTOLAR

Biləsuvar rayonunun YAP Biləsuvar rayon təşkilatı 9 saylı şəhər ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilmişdir. İclasın gündəliyində 3 məsələ müzakirə edilmişdir. Gündəlidkə duran birinci məsələ barədə 9 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Bəhmənov Hüseynağa Vərəqə oğlu hesabat məruzəsi ilə çıxış etdi.Natiq Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan ətraflı məlumat verdi.

Təşkilatın sədri məruzəsində ərazi ilk partiya təşkilatının bir illik fəaliyyəti haqqında danışaraq qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının respublika əhalisi arasında böyük nüfuzu vardır.Natiq qeyd etdi ki,Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasınn sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası günü-gündən inkişaf edir. Natiq daha sonra qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Beynəlxalq aləmdə ən nüfuzlu siyasi partiyadır.Ərazi ilk partiya təşkilatı ötən seçki hesabat yığıncağından bu günə qədər öz sıralarını daha da möhkəmləndirmiş və əsasən gənclərin bu partiyaya üzv olması üçün təbliğatı işi genişləndirmişdir. Təsadüfi deyildir ki, təşkilatın üzvlərinin 20 faizini gənclər, 10 faizini qadınlar təşkil edir. Natiq daha sonra əmin etdi ki, ərazi ilk partiya təşkilatı öz işini bundan sonra da qarşıya qoyulan vəzifələri ləyaqətlə həyata keçirəcəkdir.

Hesabat seçki yığıncağında çıxış edən partiya fəallarından S.Xammədov, E.Quliyeva, R.Şəbiyev və başqaları çıxış edərək ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

Hesabat seçki yığıncağında aparat rəhbəri Niftiyev Əjdər Hüsən oğlu çıxış edərək Yeni Azərbaycan Partiyasının Beynəlxalq aləmdəki nüfuzundan və respublikada apardığı böyük əhəmiyyətli ictimai-siyasi işlərdən danışdı. Bəhmənov Hüseynağa Vərəqə oğlu yenidən 9 saylı şəhər ərazi ilk partiya təşkilatına sədr seçildi.Eyni zamanda təşkilatın sədr, müavin və İdarə heyətinin üzvləri seçilmişdir. Həmçinin yığıcağda YAP Biləsuvar rayon təşkilatının IX Konfransına nümayəndələr seçilmişdir.

Binəqədi rayonu

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq işləri çərçivəsində Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 7-ci döngə - 100 ünvanlı (Xocəsən) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

İclası giriş sözü ilə açan Xocasən Bələdiyyəsinin sədri Anar Abbasov gündəlikdə duran məsələlər barədə məlumat verərək, partiyanın rayon ərazisində təşkilatlarının sayının kifayət qədər olduğunu və üzvlərinin sayının nisbətən az olan təşkilatların birləşdirilməsinin daha məqsədəuyğun bildirib.

Xocasən Bələdiyyəsinin sədr müavini Mafəddin Hümbətov ərazi ilk partiya təşkilatında fəaliyyət dövrü ərzində görülən işlərin hesabatını diqqətə çatdırıb. Xocasən ərazi ilk partiya təşkilatının 5 nəfərdən ibarət idarə heyəti, Anar Abbasov sədr, Mafəddin Hümbətov və Əlikram Haqverdiyev sədrin müavinləri, rayon təşkilatının IX konfransına isə 1 nəfər nümayəndə seçilib.

İclasda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü dəyərli işlərdən danışıb. Bu gün dünyada baş verən gərgin hadisələrin fonunda Prezident İlham Əliyevin ölkəmizin təhlükəsizliyinin və ictimai-siyasi sabitliyinin davamlı olması istiqamətində gördüyü işləri xüsusi vurğulayıb.

Goranboy

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı IX konfransa hazırlıqla bağlı tədbirlər planını uğurla reallaşdırmaqda davam edir. Belə ki, növbəti tədbir YAP Goranboy rayon təşkilatı Mərkəzi Xəstəxana ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı ilə baş tutub.

Tədbirdə ilk partiya təşkilatının sədri Rüstəm Budaqov hesabat məruzəsi ilə çıxış edərək, ötən hesabat-seçki müddətində ilk partiya təşkilatının fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.

Hesabat-seçki yığıncağında çıxış edən Azadəli Məcidov,Vidadi Əliyev,Yeganə Məmmədova və digərləri bildiriblər ki, hər bir YAP üzvü bu partiyanın ətrafında sıx birləşərək, dövlətin yürütdüyü siyasətə dəstək olur.

Sonra çıxışçılar ilk partiya təşkilatının hesabatını qənaətbəxş hesab edərək, öz fikirlərini bildirdilər.

Yığıncaqda YAP rayon təşkilatının aparat rəhbəri Əzra Həşimova çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışıb və qeyd edib ki,Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP istər regionda, istər MDB məkanında ən güclü siyasi partiyadır ki, öz xalqına xidmət edir.

Çıxışların ardınca, qərarlar qəbul edilib.

Yığıncaqda 11 nəfərdən ibarət idarə heyəti seçilib. Rüstəm Budaqov yenidən ilk partiya təşkilatının sədri, iki nəfər isə müavin seçilib.

YAP rayon təşkilatının IX konfransına isə 9 nəfərdən ibarət nümayəndə heyəti seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə