ABŞ prezidenti Kuba vətəndaşlarına vizasız şəkildə ölkəyə daxil olmaq praktikasının aradan qaldırılması barədə göstəriş verəcək.SİA xəbər verir ki, bu barədə "Associated Press" prezident administrasiyasının məlumatına əsaslanaraq yazıb.
"Barak Obamanın dövründə Kuba ilə ABŞ arasında 50 illik fasilədən sonra diplomatik əlaqələr bərpa olunub. Bundan sonra qısa müddətdə Amerika şirkətlərinin Kubaya sızmaları müşahidə olundu. Həmin şirkətlərin bəzisi orada filiallarını belə açdı. Google isə adada öz serverlərini yerləşdirdi.
Eyni zamanda, bir çox kubalılar vətəndaşlıq almaq arzusu ilə ABŞ-a getməyə can atırlar. Onlar ABŞ sahillərinə Karib dənizi vasitəsilə kustar üsullarla hazırlanmış qayıqlarla gedirlər. Bu baxımdan, ABŞ kubalıların bu ölkəyə axınını məhdudlaşdıracaq barədə qərar verməyə hazırlaşır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB