Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Qadın siyasətçilər" mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün noyabrın 20-dən 26-dək Almaniyada səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən SIA-ya verilən xəbərə görə, Berlin şəhərində keçiriləcək toplantıda deputatımız "Azərbaycanda qadın hüquqları, ailədə və siyasətdə onların rolu" mövzusunda məruzə edəcək, qanunvericilikdə gender bərabərliyinin təmin olunmasından söhbət açacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB