“Qadın siyasətçilər” Almaniyada toplaşacaq
20 Noyabr 2016 15:06 (UTC+04:00)
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Qadın siyasətçilər" mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün noyabrın 20-dən 26-dək Almaniyada səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən SIA-ya verilən xəbərə görə, Berlin şəhərində keçiriləcək toplantıda deputatımız "Azərbaycanda qadın hüquqları, ailədə və siyasətdə onların rolu" mövzusunda məruzə edəcək, qanunvericilikdə gender bərabərliyinin təmin olunmasından söhbət açacaq.