Meksika səfiri Gəncəyə səfər edib

Meksikanın Azərbaycandakı səfiri i Gəncə şəhərinə səfər edib. Meksikanın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində diplomat Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

Görüşdə icra başçısı Gəncənin zəngin tarixindən, onun qədim dövrlərdən Qafqazda vacib rolundan bəhs edib, həmçinin, şəhərdə həyata keçirilən son abadlıq və yenidənqurma işlərini diqqətə çatdırıb.

R.Labardini səfirliyin açılması tarixindən, onun ölkədə həyata keçirtdiyi layihə və tədbirdlərdən məlumat verib. Diplomat iqtisadiyyat, mədəniyyət, turizm və digər sahələr daxil olmaqla, bir çox sahələrdə Meksika ilə Azərbaycanın regionları arasında əməkdaşlığın vacibliyini qeyd edib. Vurğulanıb ki, Meksika dünyanın 14-cü iqtisadiyyatı və 10 ən çox ziyarət olunan ölkələrdən biri olaraq müvafiq sahələr üzrə Azərbaycanla öz təcrübəsi ilə bölüşə bilər.

Bundan əlavə, səfir Azərbaycan Dövlət Aqrar Universitetini zəyarət edərək prorektor Anar Hətəmov ilə görüşüb. Qeyd olunub ki, təhsil və kənd təsərrüfatı hər iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün vacib sahələrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə