5 ədəd piyada əleyhinə mina aşkar edildi

Aprelin 22-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) tərəfindən Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlandı. Bu barədə SİA-ya ANAMA-dan məlumat verilib.

Tərtər rayonu

22 aprel 2016-cı il tarixində hava şəraiti ilə əlaqədar olaraq, əməliyyat aparılmamışdır.

Goranboy rayonu

22 aprel 2016-cı il tarixində hava şəraiti ilə əlaqədar olaraq, əməliyyat aparılmamışdır.

Füzuli rayonu

Horadiz şəhəri - şəhər və ətrafında 5 partlayış yerinə baxış keçirilmiş, 5 partlamış sursat aşkar edilmiş və 290 kv.m ərazi yoxlanılmışdır.

Cəmi: 5 partlayış yeri və 290 kv.m ərazi yoxlanılmışdır.

Ağdam rayonu

22 aprel 2016-cı il tarixində hava şəraiti ilə əlaqədar olaraq, əməliyyat aparılmamışdır.

22 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 5 partlayış yeri və 290 kv.m ərazi yoxlanılmışdır.

Ümumilikdə, Agentlik tərəfindən 7-22 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 310 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma və əkin sahələrinə baxış kecirilmiş, 139 ədəd partlamamış hərbi sursat və 5 (beş) ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq, zərərsizləşdirilmişdır.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...