Almaniya XİN başçısı Lavrovla Qarabağı müzakirə edib

Rusiya və Almaniya Xarici işlər nazirləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. SİA xəbər verir ki, Rusiyanın XİN başçısı Sergey Lavrovla Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayer arasında telefon danışığı olub.

Telefon danışığı zamanı gərginliyin azalması ilə bağlı səylərin koordinasiya edilməsi müzakirə olunub. Nazirlər hərbi əməliyyatların dərhal dayandırılması və tərəflərin atəşkəs rejiminə əməl etməsi ilə bağlı eyni fikirdə olduqlarını bildiriblər.

Hər iki nazir münaqişənin siyasi yolla həllinin vacibliyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə