Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) baş ofisində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VII qrant müsabiqənin qalibi olmuş "Azərbaycanın Memarı" adlı layihənin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlmata görə, layihənin rəhbəri Çingiz İsmayılovdur.
Tədbiri açan YAP Gənclər Birliyinin ofisinin layihələr üzrə koordinatoru Fərid Nəsibov layihə haqqında fikirlərini bölüşüb. O, mövzunun gənclər üçün aktual olduğunu vurğulayıb və layihənin gələcəkdə də maraq kəsb etdiyini qeyd edib.
Sonra Çingiz İsmayılov rəhbəri olduğu layihə haqqında ətraflı məlumat vərərək bildirib ki, layihənin əsas məqsədi Heydər Əliyev irsini öyrənilməsi, gənclərə tarixi şəxsiyyətlər haqqda məlumatlar vermək və müəyyən məsələləri müzakirə etməkdir.
Layihədə gənclər, qonaqlar və həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun əməkdaşları iştirak edib, mövzu ətrafında gənclər arasında diskussiya aparılıb, bir sıra suallar layihə rəhbəri tərəfindən cavablandırılıb. Qonaqları və gənclər çıxış edərək layihə haqqında fikirlərini bölüşüblər.
Sonda layihə rəhbəri tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB