Əli Kərimli tək qalıb AÇIQLAMA

AXCP sədrinin daha bir müavini istefa verdi

AXCP sədri Əli Kərimlinin daha bir müavini istefa verib. Bu dəfə Əbülfəz Qurbanlı rəsmən istefasını sosial şəbəkədə bəyan edib.

Bununla bağlı münasibət öyrənmək üçün AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı ilə əlaqə saxladıq. Fuad Qəhrəmanlı SİA-ya açıqlamasında Əbülfəz Qurbanlının istefası ilə bağlı sualdan yayınıb və bildirib ki, bu məsələ hələ öz təsdiqini tapmayıb: "Məsələ araşdırılandan sonra bu barədə mətbuata açıqlama verəcəyik".

AXCP-nin digər sədr müavini Nürəddin Məmmədli isə rayonda olduğunu əsas gətirərək istefa barədə məlumat verə bilməyəcəyini bildirib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə