AXCP sədri Əli Kərimlinin daha bir müavini istefa verib. Bu dəfə Əbülfəz Qurbanlı rəsmən istefasını sosial şəbəkədə bəyan edib.
Bununla bağlı münasibət öyrənmək üçün AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı ilə əlaqə saxladıq. Fuad Qəhrəmanlı SİA-ya açıqlamasında Əbülfəz Qurbanlının istefası ilə bağlı sualdan yayınıb və bildirib ki, bu məsələ hələ öz təsdiqini tapmayıb: "Məsələ araşdırılandan sonra bu barədə mətbuata açıqlama verəcəyik".
AXCP-nin digər sədr müavini Nürəddin Məmmədli isə rayonda olduğunu əsas gətirərək istefa barədə məlumat verə bilməyəcəyini bildirib.
İntizarə Məmmədova