Səxavət Əlisoy: “Dialoq alqışlanmalı və davamlı olmalıdır” AÇIQLAMA

"Ümumiyyətlə mən kimin nə deməsindən asılı olmayaraq hər zaman iqtidar-müxalifət dialoqunun baş tutmasının tərəfdarı olmuşam". Bunu SİA-ya sabiq müsavatçı, Azərbaycan Demokratiya və Rifah hərəkatı (ADR) təşkilat komitəsinin üzvü Səxavət Əlisoy "Milli Şura"nın sədri Cəmil Həsənlinin iqtidar-müxalifət dialoqunda iştirak edən müxalifət partiyalarını şou iştirakçıları adlandırmasına münasibət bildirərkən deyib.

ADR-in təşkilat komitəsinin üzvü deyir ki, biz ənənəvi olaraq öyrənmişik ki, iqtidar-müxalifət münasibətlərini əcnəbilər nizamlasın: "Ancaq son 15-20 ilin təcrübəsi göstərdi ki, bu işdə ən mühüm rol oynaya bilən elə iqtidar-müxalifətin özü olacaq. Sadəcə olaraq əcnəbilərsiz, xarici dairələrin təsiri olmadan dialoq düşünürəm ki, daha faydalı olar. Biz eyni ölkənin vətəndaşlarıyıq və bir-birimizin gözünün içinə baxıb açıq və dik şəkildə danışa bilərik. Hesab edirəm ki, dialoq alqışlanmalıdır və davamlı olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...