Millət vəkilindən Karl Blidt AÇIQLAMASI

Zahid Oruc: “Ona görə də mən daim Avropa məmurlarının böyük bir hissəsi haqqında açıq ittihamedici mövqeyimlə çıxış edirəm”

"İş ondadır ki, bu illər ərzində biz ölkəmizi tənqid və ittiham edən həmin dairələrin sırf korporativ maraqlardan, özlərinin "mədəniyyətlərindən", kifayət qədər külli miqdarda vəsait qazanmaq mövqelərindən, o cümlədən öz ölkələrinin beynəlxalq bazarda mənafelərinə gələ biləcək hansısa ziyandan özünü sığortalamaq üçün Azərbaycan əleyhinə məlum tənqidləri yönəltdiklərinin şahidi olmuşuq". Bu fikirləri SİA-ya millət vəkili Zahid Oruc İsveçin xarici işlər naziri Karl Bildtin "Aftonbladet" qəzetində korrupsiyada ifşa olunmasına və onun nəyə görə Azərbaycan hakimiyyətini daim tənqid hədəfi seçməsinə münasibətini bildirərkən deyib.

Millət vəkili istər Karl Blidtdin, istərsə də onun kimi bir çox avropalı siyasi məmurların belə məsələlərdə öz tamahlarına güc gələ bilmədiklərini vurğulayıb: "Karl Blidt və ya başqası Saakaşvilinin imicini Avropa məkanında yüksək səəviyyədə təqdim etmək üçün 3 milyon vəsaiti bu şəkildə mədəsindən keçirirsə, əmin olun ki, bu adamların böyük bir hissəsinin ölkəmizə səfəri zamanı ən adi süfrə menyusuna necə tamah saldığının şahidi olmuşuq. Bəzən bunlar ictimailəşmir, cəmiyyətin diqqətinə fəal şəkildə çıxmır. Ona görə də çoxları düşünrlər ki, yəqin Avropa məkanından olan bu adamlar mələk qismində qiyafəli və demokratiya uğrunda altruist, yəni təmənnasız mücahidlərdirlər. Ancaq qəti şəkildə belə deyil. Şəxsən mən bunların şahidi olmamışam".

Zaid Oruc belələrinin heç də səmimi şəkildə insan haqları uğrunda mübariz olmadıqlarını qeyd edib və bildirib ki, ortada digər məqsədlər də mövcuddur: "Bunlar nə Mahatma Qandinin, nə Nelson Mandelanın insan azadlıqları uğrunda verdikləri mücadilələrdən, həmin o məhrumiyyətlərindən keçməyiblər. Bu şəxslərin Cənubi Qafqaz arealına münasibəti bu bölgənin neft və qaz resursundan ötrüdür. Gələnlərin hər biri düşünürdi ki, öz ölkəsinin tələbini bizimlə bölüşəcək. Ancaq təbii ki, belə iddialar reallaşmır".

Millət vəkili daha bir məqamı xatırladaraq deyib ki, vaxtilə buna bənzər missiyanı Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Steynar Gill də həyata keçirməyə cəhd göstərib: "Bir vaxtlar Norveçin Azərbaycandakı səfiri Steynar Gill, "Satatoil" şirkəti, eləcə də Norveç siyasi dairələri məlum avantürist əməlləri ilə nə isə əldə etməyə çalışıblar. Məhz 2003-cü ilin prezident seçkilərindən sonra, məlum 15-16 oktyabr hadisələri zamanı Norveç səfirinin "Azadlıq" meydanına, küçələrə çıxan adamların önündə getməsi az qala müxalifətçilik missiyasını və partiya lideri funksiyasını öz üzərinə götürməsinin başlıca mənası bu cür kapitalın əldə olnması cəhdidir, korrupsiyaya bulaşmaqdır və s. Ona görə də mən daim Avropa məmurlarının böyük bir hissəsi haqqında açıq ittihamedici mövqeyimlə çıxış edirəm. Onlar müstəqillik qazanmış müxtəlif ölkələrə münasibətdə məhz öz mənafelərindən çıxış edirlər. Ona görə də zaman-zaman əllərində "planka" ilə dayanıb, Azərbaycan haqqında ittihamedici fikirlər səsləndirir, müəyyən hadisələri bu kimi meyarlarla ölçürlər".

Zahid Oruc həmçinin qeyd edib ki, Azərbaycanda da problemlər var və bu heç də istisna olunmur. Millət vəkili həmin problemin Qarabağ problemi olduğunu deyib: "Avropalı məmurlar problemləri xoş məramla, səmimiyyətlə bizə çatdırmaq istəyirlərsə, onda gərək Qarabağ məsələsindən başlasınlar. Bilirsiniz, bu ölkənin elə bir problemi var ki, bütün beynəlxalq təmsilçilərin, təşkilatların Azərbaycana həqiqi münasibətinin indiqatoru bu məsələyə onların münasibəti ilədir. Qarabağı və bir milyon köçkünü görməyib də Leyla Yunusu bütün bunların üzərindən fövqünə qaldıran adamlar mənim üçün heç bir halda bu ölkəni, bu milləti istəyən ola bilməzlər! Bu, diksiyadır, bu nonsensdir və bunu kiməsə sübut etmək mümkün deyil. Əgər bunlar Leyla Yunus uğrunda apardıqları "mübarizəni" döndərib Qarabağa tərəf yönəltsəydilər, biz torpqalarımızı çoxdan azad edərdik. Çünki istədiyimiz o beynəlxalq sanksiyalar işə düşmürdü. Ukrayna məsələsindən danışırlar və s. Yaxşı, bu xalqın mübarizəsinin Azərbaycandakılarla fərqi nədədir? Sadəcə məkan və coğrafiyalar dəyişir. Hələ əksinə, bizim bölgə onlar üçün daha böyük geostrateji plandadır və önəmlidir. Yaxşı, Ukrayna hakimiyyətinin o torpaqlar uğrunda savaşaraq suverenliyinin təminatını bu cür tanıyırsansa, müxtəlif yardımlar edirsənsə, hər gün nüfuzlu media səhifələrində, sosial şəbəkələrdə bir milyon anti-Rusiya materialı dərc edirsənsə, necə olur ki, həmin bir milyon məqalənin bircə dənəsi Ermənistanın işğalçılıq siyasəti əleyhinə yönəlmir?!".

Zahid Oruc Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə yüksək tribunalardan bu fikirləri irəli sürdüyünü, qəti mövqe sərgilədiyini xatırladıb və deyib ki, avropalı siyasi dairələr məcbur deyillər ki, məhz Prezidentin mövqeyindən çıxış etsinlər: "Prezidentin deyil, öz mövqelərindən çıxış etməlidirlər ki, ay qardaşlar, biz Azərbaycanın haqlı tələbində öz mövqeyimizi sərgiləməliyik. Təəssüf ki, bu hal avropalı məmurlarda yoxdur. Niyə? Çünki ortada məlum maraqlar dayanıb. Ona görə də istər Karl Blidt olsun, istərsə də başqaları-hamısını görəcəksiniz ki, belələri nə qədər çirkli pullara bulaşmış adamlardırlar".

Xatırladaq ki, İsveçin xarici işlər naziri Karl Bildt bir neçə ay öncə Vaşinqtonda Azərbaycanı avtoritar ölkə adlandırmışdı.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə