Eldar Namazov Vaqif Hacıbəyliyə MEYDAN OXUDU

"Mən o müsahibədə dediyim sözlərin arxasında dayanıram”
Eldar Namazov Vaqif Hacıbəyliyə MEYDAN OXUDU
"El" Hərəkatının sədri Eldar Namazovla "Əhrar" Partiyasının sədri Vaqif Hacıbəyli arasında baş qaldıran intriqa böyüməkdədir.

SİA-nın məlumatına görə, E.Namazov müxalifətyönlü saytların birinə verdiyi müsahibəsində Müsavat Partiyasını, eləcə də bu partiyaya yaxınlığı ilə seçilən tərəfləri hakimiyyətə işləməkdə suçlayıb. Nəticədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının qardaşı, "Əhrar" Partiyasının sədri Vaqif Hacıbəyli qarşı tərəfə qarş sərt ittihamlarla çıxış edib. O, facebook sosial şəbəkəsindəki profilində status yazaraq Eldar Namazovun Müsavata qarşı çıxdığını və bu səbəbdən də Milli Şura rəhbərliyindən kənarlaşdırılmasını tələb edib.

Lakin ilginc məqamlardan biri də budur ki, Eldar Namazov ikinci dəfə mətbuata çıxaraq, öz sözlərində haqlı olduğunu iddia edib: "Mən o müsahibədə dediyim sözlərin arxasında dayanıram və insanlara təklif edirəm ki, müsahibəni yenidən oxusunlar".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня