Oktyabrın 9-da keçiriləcək Prezident seçkiləri öncəsi Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Lerik rayon təşkilatı tərəfindən bu gün Lerik rayonun Şingədulan və Kirəvud kənd inzibati ərazi dairələrinə daxil olan Şingədulan, Zenonu, Laman, Küman, Durğan, Kirəvud və Ordahal kəndlərində seçicilərlə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Lerik rayon təşkilatının seçki qərargahının sədri Elxan Qənbərov, təbliğat qrupunun üzvləri Hüseynbala Əliyev və Elman Rəcəbov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov bildirib ki, Ulu öndərin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində son 10 ildə Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib: "Ümummilli liderin zəngin təcrübəsi, şəxsi nüfuzu nəticəsində 19 il bundan əvvəl bağlanmış neft müqaviləsi nəticəsində bugünkü inkişafımızın təməli qoyulsa da, sonrakı illərdə cənab İlham Əliyev neftdən gələn gəlir nəticəsində digər sahələrin inkişaf etdirilməsini təmin edib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının, təhsilin, səhiyyənin, mədəniyyətin, turizm, idmanın və digər sahələrin inkişafına nail olmaq məqsədilə çoxsaylı dövlət proqramları qəbul edilib. Azərbaycanın ən ucqar rayonları, qəsəbə və kəndləri əsl inkişaf yolu keçib. Şingədulan kəndində həkim məntəqəsi tikilib, kənd məktəbinin dam örtüyü tamamilə yenilənib. Hazırda Ağqışlaq kəndində rayon icra hakimiyyəti tərəfindən yeni məktəb tikilir, Kirəvud ərazisinə daxil olan Boykəndil kəndində isə dövlət vəsaiti hesabına 180 şagird yerlik məktəbin tikintisinə yaxın günlərdə başlanacaq. Ötən il rayon icra hakimiyyətinin köməkliyi ilə Əliabad-Şingədulan-Zenonu yolu cari təmir edildi. Cənab Prezident əhalinin ən ağrılı problemi olan yol problemini həll edərək, bu yolun tikintisi üçün vəsait ayırıb. İnşallah, gələn il yolun tikintisi başa çatacaq. Məndə olan məlumata görə, artıq operativ şəkildə layihələndirmə işlərinin aparılması üçün gələn mütəxəssislər işə başlayıb. Bundan başqa əhalinin rahatlığını təmin etmək üçün burada bankomat quraşdırılıb, yeni poçt binası tikilib, mədəniyyət evi əsaslı təmir edilib. Şingədulan və qonşu kəndlərin içməli su probleminin həll edilməsi istiqamətində tədbirlər həyata keçirilir. "Azərsu" Səhmdar Cəmiyyətinin mütəxəssisləri əraziyə baxış keçirib, su mənbələri müəyyən edilib. Artıq layihələndirmə işləri aparılır. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyev tapşırıq və göstərişləri ilə həyata keçirilir. Ümumiyyətlə son 10 ildə Cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində rayonumuzda müasir tələblərə cavab verən 44 yeni məktəb binası tikilib, 8-i əsaslı təmir edilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün çoxmənzilli yaşayış binaları və fərdi evlər tikilib və yollarda təmir işləri aparılıb. Qum-çınqıl və kərpic zavodu, Broyler quşçuluq müəssisəsi yaradılıb yüzlərlə lerikli işlə təmin edilib. Turizmin inkişafı rayonumuzun iqtisadiyyatının yüksəlməsində mühüm rol oynayır. Cənab İlham Əliyevin tapşırığı ilə rayonumuzun elektrik təsərrüfatı yenilənir. 17 Mvt gücündə modul tipli elektrik stansiyası tikilir. Şingədulanda oalan yarımstansiyada tam yenidən qurulub, buradan keçən və yarımstansiyanı iki tərəfdən qidalandıran Lerik-Yardımlı yüksək gərginlikli elektrik xəttinin çəkilməsi başa çatdırılıb. Bunları sadalamaqda məqsədim odur ki, hamı bilməlidir ki, bütün bu iri layihələr dövlətimizin, xüsusilə cənab İlham Əliyevin rayonumuza olan yüksək qayğı və diqqəti ilə icra edilir. Azərbaycan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımlayır. İqtisadi inkişaf tempinə görə MDB məkanında və Cənubi Qafqazda lider ölkədir. Bunun nəticəsidir ki, son 10 ildə büdcə gəlirləri, valyuta ehtiyatımız, əmək haqları və pensiyalar dəfələrlə artıb. Azərbaycan artıq qonşu ölkələrdə investisiya layihələri həyata keçirən ölkəyə çevrilib. Ona görə də mən Azərbaycanın gələcək inkişafı, dövlətçiliyinin daha da möhkəmləndirilməsi naminə hamınızı 9 oktyabrda keçiriləcək Prezident seçkilərində ailəliklə məntəqələrə gedərək İlham Heydər oğlu Əliyevə səs verməyə dəvət edirəm".
Daha sonra təbliğat qrupunun üzvü, Lerik peşə məktəbinin direktoru Hüseynbala Əliyev və YAP rayon təşkilatının sədr müavini, təbliğat qrupunun üzvü Elman Rəcəbov çıxış edərək son 10 ildə məhz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əldə olunan uğurları, xüsusilə qeyri-neft sektoru və regionların inkişafına göstərdiyi diqqəti, millətin gələcəyini təmin edən elm və təhsilin, mədəniyyət və səhiyyənin inkişafına göstərdiyi diqqəti, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələri diqqətə çatdırıb. Bütün seçiciləri 9 oktyabrda xalqımızın layiqli oğlu, dövlətçiliyimizin və gələcəyimizin təminatçısı olan Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizəd İlham Əliyevə səs verməyə çağırıram".
Tədbir iştirakçılarından İnqilab Qənbərov, Xanlar Nəsirov və başqaları çıxış edərək həmişə xalqın qayğısına qalan Ulu öndərin layiqli davamçısı, YAP-ın namizədi olan İlham Əliyevin bu gün alternativsiz olduğunu, bütün xalqımızın yalnız ona səs verəcəyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB