Portuqaliyadan Türkiyəyə dəstək gəldi

Türkiyə-Suriya məsələsində NATO çərçivəsində Potuqaliya da Türkiyənin tərəfindədir. SİA-nın xəbərinə görə, bunu Portuqaliyanın xarici işlər naziri Paulo Portas Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib. O bildirib ki, türk təyyarəsinin vurulması düzgün hal deyil: "Ən nikbin və optimist yanaşma o ola bilər ki, bu düşülmüş bir təxribat olmayıb. Bəşər Əsəd dərk etməlidir ki, bu beynəlxalq ictimaiyyətdə qəbulolunmaz hal və addımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...