Azərbaycanın baş naziri Ukraynanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın baş naziri Artur Rasizadə iyunun 5-də Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə siyasi və iqtisadi sahələrdə Azərbaycan-Ukrayna əməkdaşlığı yüksək qiymətləndirilib, ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin dərin tarixə söykəndiyini və strateji tərəfdaşlıq prinsipləri əsasında formalaşdığı diqqətə çatdırılıb. Baş nazir A. Rasizadə Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından razılığını diqqətə çatdırıb. Nazir K. Qrişenko mövcud münasibətləri əsasında yeni uğurlara imza atmağın vaxtının gəlib çatdığını qeyd edərək deyib ki, onun ölkəsi əlaqələrin daha da genişləndirilməsi ilə bağlı birgə layihələrin reallaşdırılmasında maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə