Estoniya deputatı: \"Almaniyanın insan haqları üzrə müvəkkilinin Azərbaycanın ünvanına ifadələri siyasi şoudur\" - MÖVQE

Almaniya Federativ Respublikasının (AFR) insan haqları və humanitar yardım üzrə müvəkkili Markus Löninqin Azərbaycanın ünvanına söylədiyi ifadələr siyasi şoudur.

SİA-nın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Tallin Qanunverici Yığıncağının Rəyasət Heyətinin üzvü, estoniyalı liberal Maks Kaur deyib. \"Biz AFR-in insan haqları və humanitar yardım üzrə müvəkkili Markus Löninqlə Avropa Liberallar, Demokratlar və İslahatçılar Partiyasında bir yerdəyik. Biz - liberallar onu yaxşı tanıyırıq və Azərbaycan barədə orijinal məlumatlarından təəccüblənməmişik. Hər şeydən öncə tamahkarlığını rəhbər tutan alman riyakardan nə gözləmək olar?\" - Kaur qeyd edib. Onun sözlərinə görə, Löninqdən Azərbaycanın işğal edilmiş ərazilərindən olan qaçqınlar və ya Almaniyanın onlara necə kömək edəcəyi haqqında bəyanatları gözləməyə dəyməz. \"Löninq kimi adamlar üçün insan haqları haqqında söhbətlər sadəcə siyasi şoudur. Onların öz doğma evlərindən qovulan 100 minlərlə azərbaycanlının kədərini başa düşməyə ürəyi yoxdur. Löninq özünün nasistlə müqayisə edilməsindən razı qalmayıb\", - Kaur deyib. Estoniyalı deputat hesab edir ki, əgər AFR hökumətinin müvəkkili sadəcə sözdə nasizmə aid olmasından imtinanın kifayət etdiyini düşünürsə, səhv edir. \"Bu azdır, çünki siyasətçi haqqında onun sözü deyil, işi danışır. Löninqin digər millət və xalqların ünvanlarına söylədiyi təhqiramiz bəyanatı nasist siyasətçilərin bəyanatlarından nə ilə fərqlənir? Löninqin qaçqınlara münasibəti və bürgerlərin alman həbs-islah düşərgələrində ölənlərə qarşı münasibəti arasında fərq varmı? Mən bu fərqi görmədim. Üstəlik, mən soruşmaq istərdim: kimsə Löninqin, deyək ki, Çində insan haqlarının vəziyyəti haqqında kəskin bəyanatını xatırlayırmı? Əlbəttə ki, yox, çünki orada Almaniyanın o qədər böyük iqtisadi maraqları var ki, əgər Löninq nəsə danışsaydı, onu növbəti gün ofisindən qovardılar\", - Kaur bildirib. Dünya siyasəti kontekstində real siyasətçi və ikili standartlar konsepsiyası yeni bir şey deyil. Digərlərinə nisbətən bu mövzu bəzi dövlətlərə qarşı daha sərt qaydalar tətbiq edildiyi bir vaxtda Aİ-nin dünyanın müxtəlif ölkələrinə münasibətləri ilə əlaqədar daha çox vacib olur. \"Hər şeyi ikili standart idarə edir ki, bu da birilərinə qadağan edilib, digərlərinə isə icazə verilib. Siyasi əxlaqın universal prinsipləri digər ölkə və onun xalqına zərər vurmamaq üçün hər şey etmək deməkdir! Əlbəttə ki, konkret ölkənin inkişaf səviyyəsini nəzərə almaq lazımdır. Əfqanıstanda demokratiyanın irəliləyişi xüsusi nəticələr vermədi. Qərb nümunəsində demokratiya hələ də ümumi savadlılıq, iqtisadiyyatın və institutların inkişafından başlayaraq cəmiyyətin kompleks inkişafı ilə yanaşı gedir. Cəmiyyətin inkişaf mərhələlərinin pillələrini buraxmaqla tullanmalar heç bir yerdə uğurla başa çatmayıb\", - Kaur deyib.

Onun sözlərinə görə, digər ölkələrdə, məsələn, Səudiyyə Ərəbistanında demokratiyanın inkişafına yardım etməyə cəhdlər səmimi ola bilər. Lakin, siyasətçi qeyd edir ki, bu cəhdlər 90-cı illərin əvvəllərində Cənubi Afrikanın aparteiddən azad olunmasına dəstək verilərkən də səmimi idi. \"Lakin bu gün biz Cənubi Afrika haqqında artıq baş tutmayan dövlət kimi danışmalıyıq. Kim məsuliyyət daşıyır? Cənubi Afrikada pis məsləhətlər verən kəslər niyə üzərilərinə məsuliyyət götürmək istəmirlər? Nə üçün onların Səudiyyə Ərəbistanına məsləhətləri bu gün daha yaxşı ola bilər?\" - Kaur vurğulayıb. Onun sözlərinə görə, demokratiya və insan haqları insanların, siyasi partiyaların və xalqların məsuliyyətini nəzərdə tutur. \"Bu gün Liviya və Misirdən olan insanların necə əziyyət çəkdiyini müşahidə edərkən bunu Löninq də başa düşməlidir\", - Kaur qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə