Azərbaycan və Monteneqro prezidentləri İlham Əliyev və Filip
Vuyanoviç mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçısı İ. Əliyev Azərbaycan tərəfinin bu
səfərə böyük əhəmiyyət verdiyini deyib. "Münasibətlərimizin tarixində ilk rəsmi
səfərdir. Bizim siyasi əlaqələrimiz inkişaf edir. Siyasi sahədə
aramızda heç bir problem yoxdur" Prezident bildirib ki, iqtisadi sahədə əlaqələrin
möhkəmləndirilməsi də diqqət mərkəzində olmalıdır. İkitərəfli əlaqələrin
inkişafı üçün gözəl şəraitin yaradıldığını qeyd edən dövlət başçısı energetika
və nəqliyyat sahələrinin əməkdaşlıq üçün maraq doğuran olduğunu vurğulayıb. Prezident İ. Əliyev
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Monteneqro
prezidentinə məlumat verdiyini deyib və ümidvar olduğunu bildirib ki, yaxın
gələcəkdə bu məsələ ədalətli həllini tapacaq. Monteneqro prezidenti F.
Vuyanoviç isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT və
Avropa təşkilatlarının mövqeyini dəstəklədiyini vurğulayıb.
"Azərbaycana
bu səfərim əlaqələrimizin yeni mərhələyə daxil olması deməkdir" deyən
Monteneqro prezidenti bu münasibətlərin xalqlarımızın mənafeyi naminə inkişaf
edəcəyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB