Cümə günü Nigeriyanın Abuca şəhərində baş verən güclü partlayışda on beş nəfər BMT əməkdaşının öldüyü xəbəri yayılıb. SİA-nın məlumatına görə, BMT-nin baş katibinin şəxsi nümayəndəsi Fərhan Hakın \"Assoşeyted Press\" agentliyinə verdiyi xəbərə görə, baş verən partlayış terror hadisəsidir və hadisəni törədən terrorçu minalanmış avtomobili BMT-nin həmin şəhərdəki nümayəndəliyi qarşısında partladıb. Partlayışın təsirindən nümayəndəlik binasının sağ qanadı tamamilə dağıntılar altında qalıb. Eyni zamanda qeyd olunur ki, həmin ərazidə ABŞ səfirliyi və digər xarici ölkələrin rəsmi nümayəndəlikləri fəaliyyət göstərir. Ümumilikdə 18 nəfərin həlak olduğu və onlardan 15-nin BMT əməkdaşlarının olduğu bildirilir. Eləcə də səkkiz nəfərin yaralandığı məlumatı verilib. Agentliyin məlumatına görə, terror aktını radikal islam qruplaşması olan "Boko Haram" öz üzərinə götürüb.
Xatırladaq ki, Nigeriyada baş qaldıran bu cür hadisələr may ayında keçirilmiş seçkilərdən sonra davamlı olaraq müşahidə edilməkdədir. Həmin seçkilərdə xristian təriqətindən olan Conatan Qudlak qalib gəlmişdi. Öncə də törədilmiş bütün terror aktlarını üzərinə götürən "Boko Haram" qruplaşması ölkədə şəriət qanunlarının qəbul olunmasını tələb kimi hökumətin qarşısına qoyublar. İyun ayında sözügedən qruplaşma paytaxtın polis idarəsi qarşısında çoxsaylı insan tələfatı ilə nəticələnən partlayış törətmişdilər. Onlara digər terrorçu dəstələrin yardım etməsi ehtimal edilir. Belə ki, Afrikada nəhəng neft emalçısı olan Nigeriya gün ərzində 2,2 milyon barrel neft ixrac edir. Lakin davamlı olaraq həmin zavodlara hücumlar edilir ki, bu hücumların da arxasında " Boko Haram" qruplaşmasının və "Niger deltasının azadlığı" terror qruplaşmasının adları çəkilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB