YAP Səbail rayon təşkilatında 27 Sentyabr - Anım Günü qeyd olunub

Sentyabrın 24-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Milli Azərbaycan Tarix Muzeyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə, həmçinin 27 Sentyabr - Anım Gününə həsr edilən tədbir keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Anım Günü ilə bağlı video çarx nümayiş olunub .

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb.

Sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov, Milli Azərbaycan Tarix Muzeyinin direktoru akademik Nailə Vəlixanlı Vətən müharibəsinin tarixi əhəmiyyətindən və əldə etdiyimiz uğurlardan bəhs ediblər.

Tədbirdə Vətən müharibəsi qazisi Radif Mustafayev, Xüsusi Təyinatlı Qüvvələrin şəhid kapitanı Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov və başqaları çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə