Bu gün saat 16:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək. Bu barədə SİA-ya MSK-dan məlumat verilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında altıncı çağırış deputatlarına Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə qərar qəbul olunub.

Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib.

Prezident isə öz növbəsində parlamentin buraxılması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasına sorğu göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə