İsrail hakimiyyətindən sağa doğru daha bir addım - TƏHLİL

İsraildə korrupsiya ittihamaları ilə üzləşən və Qəzzada müharibəni davam etdirdiyinə görə cəmiyyətin tənqidi ilə üzləşən, o cümlədən HƏMAS tərəfindən əsir götürülənlərin ailələri tərəfindən təziqlərə məruz qalan Baş nazir Benyamin Netanyahunun müharibə kabinetini ləğv edib. Netanyahu bazar ertəsi Benny Gantzın gedişindən sonra gözlənildiyi kimi altı nəfərlik kabineti buraxıb. Sonrakı müddətdə Qəzzada davam edən münaqişə ilə bağlı müdafiə naziri Yoav Gallant və Ron Dermer də daxil olmaqla kiçik qrupla məsləhətləşmələr aparılacağı gözlənilir.

Baş nazir koalisiyasında millətçi-dinçi tərəfdaşlar olan maliyyə naziri Bezalel Smotrich və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin müharibə kabinetinə daxil edilməsi tələbləri isə dünya gündəmində müzakirələrə səbəb olub. Bu addımın ABŞ daxil olmaqla beynəlxalq tərəfdaşlarla gərginliyi artıracağı düşünülür.

Belə ki, müharibə kabineti oktyabr ayında müharibənin başlanğıcında, Netanyahunun milli birlik hökumətinə qoşulmasıyla formalaşmışdı. Müharibə kabinetində eyni zamanda Gantz, Qadi Eisenkot və Şas dini partiyasının rəhbəri Aryeh Deri də müşahidəçi qismində iştirak edirdilər. Onu da qeyd edək ki, Gantz və Eisenkot keçən həftə Netanyahunun Qəzza müharibəsi üçün strategiyalarına qatılmadıqlarından fövqəladə hökuməti tərk etdiklərini açıqlamışdılar. Digər tərəfdən Netanyahunu növbədənkənar seçkilərin keçirilməsinə çağıran Gantz həmçinin müdafiə naziri Yoav Gallantın hökumətdən çəkilməsini tələb edib.

Netanyahunun ifrat sağçı koalisiyasında mərkəzə yaxın bir xətdə mövqe tutan, son fiqur olaraq xarakterizə edilən Gantsın istefası, İsrail baş nazirinin ifrat sağçı müttəfiqlərinə daha da yaxınlaşacağı kimi şərh edilə bilər. İsrailin baş naziri Benyamin Netanyahunun hərbi kabinetini dağıtması və Benni Qantsın istefası İsrail-Fələstin münaqişəsinin mürəkkəb dinamikasına əhəmiyyətli təsir göstərə bilər. Daxili siyasətdəki qeyri-müəyyənliklər hökumətin Fələstin siyasətini istiqamətləndirməsində dəyişikliklərə, milli birlik və ictimai birlikdəki zəiflik isə potensial sülh prosesinə mənfi təsir göstərə bilər. Bundan əlavə, beynəlxalq münasibətlərdə gərginliyin artması və regional qeyri-sabitlik riskinin artması regiondakı ümumi vəziyyətə də təsir edəcək. Bu kontekstdə İsrail və Fələstin arasındakı münaqişənin idarə olunması və həlli üçün daha mürəkkəb əsaslar yarana bilər ki, bu da sülh və sabitlik səylərini daha da çətinləşdirəcək.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə