TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir - Qırğız diplomat

"Bu gün əminliklə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatı (TDT) tamhüquqlu regional beynəlxalq təşkilat kimi yer tutub və dünya siyasətində tanınan amilə çevrilib". SİA xəbər verir ki, bu sözləri Qırğız Respublikasının Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti icra edən Kayrat Osmonaliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəsinin dövlətçilik tarixində müstəsna xidmətləri var: "Xalqın gücü müdrik liderin rəhbərliyi altında onun birliyindədir. TDT-nin də gücü onu təşkil edən dövlətlərin birliyindədir”.

Ölkəsinin hər zaman türk dünyasında inteqrasiya prinsiplərinin gücləndirilməsinin ardıcıl və fəal tərəfdarı olduğunu diqqətə çatdıran qonaq bugünkü konfransın TDT-nin əməkdaşlıq perspektivləri baxımından əhəmiyyətli olduğunu vurğulayıb: “Düşünürəm ki, tədbir iyulun 5-6-da Şuşada keçiriləcək TDT dövlət başçılarının qeyri-rəsmi sammiti ərəfəsində baş verir və əslində onun müqəddiməsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə