Azərbaycanın ictimai-siyasi həyatında növbəti tarixi hadisə – YAP-nın VII qurultayı ŞƏRH

Zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın firavan gələcəyinin dünəni, bu günü və gələcəyi naminə öz fəaliyyətini göstərən siyasi partiyadır. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır".

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev İlham Əliyevin 4 il əvvəl martın 5-də partiyanın partiyanın VII qurultayında böyük əminliklə söylədiyi bu fikirlər keçilən yolun təhlili fonunda qarşıdakı hədəflərin təqdimatı oldu. Dövlət başçımız çıxışı zamanı bir çox məsələlərə toxunaraq Partiyamızın VII qurultayını ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu bildirmişdir. Hər günü zəngin tarixinə uğur səhifəsi kimi yazan Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilən 5 mart 2021-ci il tarixdə keçirilən VII qurultaydan ötən 4 ildə yeni Nizamnaməyə və Proqrama uyğun atdığı addımlar, həyata keçirdiyi tədbirlər bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Qurultayın keçirilməsini zəruri edən əsas amil tarixi Zəfərimizin yaratdığı reallıqlar, partiyanın Proqramında əksini tapan hədəflərin hər birinə yüksək səviyyədə nail olması idi. Ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri ərazi bütövlüyümüzün təmin olunması, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması, soydaşlarımızın öz doğma-yurd yuvalarına qayıtmaları idi. Bu hədəf dahi şəxsiyyətin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının Proqramında da öz əksini tapmışdır.

Partiyanın yaranma zərurətini nəzərə alsaq bu qeyd edilən hədəfə nail olmaq üçün vacib olan addımların aydın mənzərəsini təqdim edə bilərik. Dövlət başçısı, YAP Sədri İlham Əliyev partiyanın VII qurultayında söylədiyi "Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş-1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın" fikirlərlə YAP-ın ölkəmizin həyatında rolunu bir daha təqdim etdi.

Prezident İlham Əliyev bildirdi ki, yeni bir vəziyyət yaranıb. Bu vəziyyəti biz yaratmışıq. Azərbaycan reallıqları yaradan ölkədir. Bundan əvvəlki dövrlərdə də ölkəmizin təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji diplomatiyası dövlətlər, xalqlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində öz sözünü deyir. Regional çərçivədə qurulan əlaqələr beynəlxalq miqyas alıb. İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın bu imkanlarını daha da genişləndirdi. Bu gün Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyini daha da möhkəmləndirir.

Qurultayda qəbul edilən önəmli qərarlardan biri də 6 siyasi partiyanın öz müraciətləri əsasında Yeni Azərbaycan Partiyasına qoşulması oldu. Bu mühüm addım ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin inkişafına xidmət edən mühüm addımlar sırasındadır. Atılan bu kimi addımlar Yeni Azərbaycan Partiyasının xalqın partiyası olduğunu bir daha təsdiqləyir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar həyata keçirilir və bu islahatlar nəticəsində ölkəmizin siyasi sistemində keyfiyyətcə yeni, konstruktiv dialoq və plüralist əməkdaşlıq mərhələsi başlandı. 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə 50-dən artıq siyasi partiyanın Prezident İlham Əliyevə dəstəyini birgə qəbul etdikləri bəyanatda ifadə etməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Bu, siyasi partiyalar arasında birliyin, həmrəyliyin bariz nümunəsidir. 50-dən artıq siyasi partiyanın Vətən müharibəsi zamanı atdığı addım Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy olduğunu nümayiş etdirdi.

VII qurultay, həmçinin yeniliklərlə tarixə yazıldı. 40 nəfərdən ibarət İdarə Heyətinin, 13 nəfərdən ibarət Təftiş Komissiyasının tərkibi təsdiqləndi, partiyanın tərkibində Veteranlar Şurası yaradıldı. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin Birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edildilər.

Eyni zamanda, qurultayda partiyanın yeni Nizamnaməsinin qəbul edilməsi, yeni Proqramın 3 ay müddətində hazırlanması ilə bağlı İdarə Heyətinə verilən tapşırıq hər bir partiya üzvünün vəzifələrini müəyyənləşdirir. Yeni tərkibin formalaşması, yeni qərarların qəbulu qarşıdakı dövrdə də bütün qüvvə və bacarıqların səfərbər olmasına çağırışlar etdi. 2021-ci ilin dekabrında "Biz birlikdə güclüyük!" devizi altında 5 fəsildən ibarət yeni Proqram təsdiqləndi. Təbii ki, əsas hədəflərdən biri Böyük Qayıdış proqramının uğurlu icrasına dəstək olmaqdır.

Prezident İlham Əliyev ən vacib məsələ olan gənclərlə bağlı növbəti, xüsusi əhəmiyyət daşıyın fikirlərini söyləyərək bildirib ki, gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir. "Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar",-deyən dövlət başçısı istiqamət yolların açıqlayaraq diqqətə çatdırdı ki, hamılıqla, o cümlədən Yeni Azərbaycan Partiyasında Veteranlar Şurasına tapşırıqlarını da verməsi bir daha hər kəsi məsuliyyətə çağırdı: "Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər. Mən onlardan da xahiş edirəm ki, onlar da çox fəal olsunlar, bölgələrdə olsunlar, gənc nəslin nümayəndələri ilə görüşsünlər. Ölkə haqqında həqiqətləri gənc nəsil bilmir, hansı ki, 1991-1992-ci illəri görməyiblər. Bu haqda məlumat verilməlidir ki, onlar bilsinlər, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. Vətən müharibəsi ilə bağlı, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir. Çünki xaricdən, oradan-burdan yalan, saxta məlumatlar gəlir və bəzi hallarda gənc insanlar buna inanırlar. Məhz o hesabat da bunun üzərində qurulur və gənc nəslimizin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdən biridir. Ənənələrimiz, dəyərlərimiz, yaşayış tərzimiz – bütün bunlar bizim sərvətimizdir, biz bunu itirə bilmərik və itirməməliyik. Ona görə gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır. Digər önəmli məsələ isə odur ki, - Yeni Azərbaycan Partiyası həmişə bu sahədə fəal olub, bizim dövlət siyasətimiz də bu sahədə birmənalıdır, - Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar. Bu, bizim böyük sərvətimizdir. Mən də müxtəlif tədbirlərdə demişəm ki, bizim dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir".

Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayından 3 il ötdüyünü və bu illər ərzində böyük nailiyyətlər və qələbələr əldə olunduğunu deyib: "Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir".

Bəli, bu Qələbə həqiqətən də bizim qürur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də bu son 32 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Sonda Prezident İlham Əliyev cənablarının dediyi fikirlə sözümü bitirmək istərdim: "Bir sözlə, bir çox hallarda dediyim kimi, bugünkü qurultayı da bu sözlərlə yekunlaşdırmaq istərdim: "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

ZƏRİFƏ QULİYEVA,

YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə