Köç prosesində Laçın sakinləri təəssüratlarını bölüşdü - SORĞU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. SİA xəbər verir ki, noyabrın 29-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə - 63 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 363 ailənin (1389 nəfər) daimi məskunlaşması təmin edilib. Mövzu ilə bağlı köç prosesində Laçın sakinlərinin təəssüratlarını öyrəndik.

Nərmin Yusifli: “31 il sonra bu günü yaşamağı bütün məcburi köçkün ailələrinə arzu edirəm. Mən illət sonra öz ata-baba yurduma qayıdıram. Təbii ki, bu günləri bizə yaşadanlara, Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə, Rəşadətli Azərbaycan Ordusuna borcluyuq. Biz bu anları onların sayəsində yaşayırıq.

Laçın haqqında təəssüratlarım əvəzolunmazdır. Mən Laçını hər zaman mənasını bilmədiyim uca bir quşa bənzətmişəm. Sən demə həqiqətən də Laçın adının mənası bir quş demək imiş.

Gedib, yaşayıb yaradacağıq. Özüm 31 il öncə oradan çıxmasam da valideynlərim məni hər zaman vətən həsrəti, Laçın sevgisi ilə böyüdüb. Ona görə mən bu gün sanki 31 il əvvəl çıxdığım Laçınıma qayıdıram”.

Keçmiş məcburi köçkün Hürnisə Əliyarova: “Çox həyəcanlıyıq. Allah Prezidentimizi qorusun, ona uzun ömür, can sağlığı arzu edirəm.

Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.

Həm sevincli, həm də kədərli hisslər yaşayırıq”.

Keçmiş məcburi köçkün Sənəm Əzimova: “Şükür Allaha ki, bu günləri görmək nəsib oldu. Çox sevinirik. Allah şəhidlərimizə rəhmət etsin. Allah onların valideynlərinə can sağlığı versin.

Bu gün bacımı Laçına yola salıram. İnşallah bu şərəfli yol mənə də qismət olar. Laçına gedib kəndimə və həsrətində olduğum hər yerə baş çəkəcəyəm”.

Keçmiş məcburi köçkün Baxşeyiş Muradov: “Mən özüm qayıtmıram. Qohumlarımızı, qaynatamgili yola salmağa gəlmişik.

Çox gözəl hisslərdir. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizi qorusun. Bu gün onların sayəsində 30 illik arzularımız çin olur. İnşallah, Allah növbəti mərhələlərdə bizə də Laçına dönməyi qismət etsin”.

Keçmiç məcburi köçkün Vəfa Umudova: “Yoldaşımla Laçına qayıdıram. Bir qızım burda təhsil alır, digəri isə ailəlidir.

Çox sevinib qürurlarınırıq. Bunları şəhidlərimizə, qazilərimizə borcluyuq. Onları əsla unutmayacağıq. Onların valideynlərinin qarşısında baş əyirik.

Allah Prezidentimizin canını sağ etsin. Orada bizim üçün rahat və tam şəraitli evlər tikiblər. Bir dəfə gedib Laçını görmüşəm. Çox gözəldir. Adam heç qayıtmaq istəmir.

Vaxtilə Laçından anam, atam və digər ailə üzvlərimlə çıxmışdım. İndi onların hamısı rəhmətə gedib. Qızımın o zaman 4, mənim də 24 yaşım var idi.

Laçına getdikdən sonra orada çalışmaq fikrim var”.

Laçın sakini Amin Yusifli: “Realda heç görməmişəm. Amma Laçın xəyalımdan çox gözəl keçir. Laçın çox abadlaşıb.

Evdə nənəmlə atam hər zaman Laçın xatirələrindən danışardılar. Bunu mən sizə olduğu kimi izah edə bilmərəm… çox gözəl danışırdılar.

Özümə Laçında yeni həyat qurmaq, nailiyyətlərimi davam etdirmək istəyirəm. Orada məni yeni dostlar, yeni məktəb, yeni həyat və yaşam tərzi gözləyir”.

Keçmiş məcburi köçkün Aygün Süleymanova: “Laçından çıxanda 19 yaşım var idi. İllər sonra vətənə qayıtmaq çox başqadır. Əməyi keçən hər kəsə minnətdaram.

İlk iş Laçında uşaqlığımız keçən yerlərə baş çəkmək olacaq. Gələndə anam-atamla gəlmişdim. İndi onlarsız qayıdıram. Təəssüf… Allah geridə qalanları qorusun”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə