Azərbaycanın Qarabağ iqtisadi rayonundan erməniəsilli sakinlərin Ermənistana qəflətən axınının sürətlə artmağa başlamasını guya Qərb ağrılı hesab edib, əl-ayağa düşməli olub və onların yardıma ehtiyaclarının olduğu qənaətində gəlib. Maraqlıdır, heç bir insident olmadığı halda, Azərbaycanın Qarabağ bölgəsini on minlərlə erməniəsillinin tərk etməyə başlamasını Qərb uzun illər aparılan şovinist təbliğata inananların köçü deyil, kortəbii köç hesab edir ki, yardıma ehtiyac olduğu qənaətindədir? Belə hesab etməyə də, belə qənaətdə olmağa da əsas yoxdur, köç edən ermənilər buna hazırlıqlı olmasaydılar, ehtiyac amili olsaydı kökməzdilər və göründüyü kimi, Qərbin məqsədi bir bəhanə ilə yenə də ermənilərə yardımlar ayırmaqdır ki, bu da ikili standartlar, ikili siyasət yürütmək və bu siyasətə sadiqlik nümayiş etdirmək deməkdir.
Erməniəsillilərin ərazilərimizi tərk etməsi faktını işğalçı ölkənin müxalifəti hakimiyyəti ələ keçirmək üçün hakimiyyət əleyhinə bəhanə, arqument hesab etdiyi kimi, Paşinyan da öz növbəsində, bundan istifadə edib Qərbin ətəyindən tutmağa çalışır. “Azərbaycanın etnik təmizləmə siyasəti ucbatından ermənilərin Qarabağdan köçü davam edir. Təhlillər göstərir ki, yaxın günlərdə Qarabağda daha erməni qalmayacaq. Bu, uzun müddətdir beynəlxalq ictimaiyyəti xəbərdar etdiyimiz əsl etnik təmizləmə və depatriasiya aktıdır”, deyən erməni baş nazir, eyni ilə 2018-ci ildə olduğu kimi, yenə də Qərbə sığınmağa çalışır və buna görə ölkəsini nə gözlədiyi heç vecinə də deyil. Təbii ki, regionda maraqlarının təminatı, Cənubi Qafqazda mövcudluğu, proseslərdən kənarda qalmaması baxımdan da Qərb üçün onun bu niyyəti tamamilə uyğun gəlir və yardım adı altında proseslərə qatılması istəyi anlaşılandır. Xüsusən də, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər üçün təhlükə görmədiyini bir neçə gün əvvəl Paşinyanın bildirməsini və indi də bunun əksinə fikirlər səsləndirməsini Qərbin nəzərə almaması, əksinə, yardım “həvəsinin” yaranması, Qərbin ikiüzlü siyasət yürüdüldüyünü göstərir. Məhz bu ikiüzlü siyasətlə Qərb indi daha revanşist ünsürlərdən yox, məhz Paşinyanın mövqeyindən faydalanır və Azərbaycanın Qarabağ iqtisadi rayonundan ermənilərin köç etmələri, köçüb getmələri ilə bağlı yayılan görüntülərin Qərb mətbuatında yayımlanması, heç bir səbəb olmadan köçüb gedənlərə orada “qaçqın” damğası vurulması deyilənləri təsdiq edir.
Dırnaqarası “Qarabağ qaçqınları” ifadəsindən məharətlə istifadə etməklə, köç mövzusu, həqiqətən də Qərbin bəzi dairələrində nəzərəçarpacaq dərəcədə təbliğ olunmağa başlayıb və elə bu təbliğatın fonunda da yardımlarla bağlı fikirlər ortaya atılıb. Bütün bunlar isə onu deməyə əsas verir ki, Qərb liderləri köç bəhanəsindən istifadə edərək “kollektiv Qərb”in tərəfinə keçməyə çalışan Paşinyanın süqutunu istəmir və ona maddi dəstək verməyə belə hazırdır. Vəziyyətə layiqincə qiymət vermək, ortaya çıxa biləcək problemin həllinə hazır olmasını bəyan etmək, Qarabağ bölgəsinin əhalisinin reinteqrasiyasında Azərbaycana kömək etmək əvəzinə, Qərb imperializmə xas mövqe tutur. Bu mövqeyi üçün də guya, “Qaçqınları xilas etmək” bir bəhanə kimi istidadə olunur və yenə də Azərbaycana qarşı nəinki haqsızlıq, hətta məkrli plan özünü göstərir, hansıki psevdohumanitar arqumentlərlə Bakıya təzyiq göstərmək, bununla da Qarabağda Azərbaycanın suverenliyini məhdudlaşdırmaq istəyi elə ədalətsiz mövqeyin, ikili yanaşmanın bir başqa təzahürüdür.
Qərb üçün humanitar yardım, hümanizm prinsplərinə hörmət nədənsə, yalandan belə olsa da ancaq ermənilərlə bağlı məsələ müzakirə mövzusu olduqda diqqət mərkəzində olur. Yardımlar ancaq bir ölkə vətəndaşları, yalnız ermənilər üçün nəzərdə tutulubmu? Bəlkə yardım edənlərin gözü başqalarını, özü də həqiqətən yardıma ehtiyacı olanları, həqiqətən də yardım olunmalı olanları görmür? Guya xalqının deportasiyaya, etnik təmizləməyə məruz qaldığını dünyaya göstərmək üçün erməni əsilliləri Azərbaycanın Qarabağ iqtisadi rayonundan köç etməyə məcbur edənlərə humanitar yardım etməyə, onlara maddi dəstək göstərməyə hazır olduqlarını bəyan edənlər, həqiqətən də deportasiyaya, etnik təmizləməyə, hətta soyqırıma belə məruz qalanlar, azərbaycanlılar haqqında niyə belə bir niyyətdə heç zaman olmayıblar? Niyə dünya ictimaiyyəti bircə dəfə də olsa belə bir yardımın, həqiqətən də ədalətli yardımın şahidi olmayıb? Öz maşınları ilə, yaxud xüsusi ayrılmış avtomobillərlə, özü də öz istəkləri, öz xoşları ilə köç edənlərə yardım göstərmək niyyətində olduqlarını bəyan edənlər, bir zaman azərbaycanlıların yalın ayaqla öz yurd-yuvalarını tərk etdikləri zaman yardım haqqında nədənsə heç düşünməyiblər də. Bütün məişət avadanlıqlarına kimi özü ilə götürən və şəxsi istəkləri ilə, tələsmədən, özü də Azərbaycan tərəfinin sivil qaydada yol verdiyinə görə rahat köç edənlərə yardım etmək istəyini bildirənlərin yadına, ayaqyalın, başıaçıq, qorxu içərisində və tələsik halda canını götürüb getməyə məcbur edilənlər, bu zaman hətta öldürülən, əsir götürülən, şikəst edilənlərə yardım etmək düşməyib. İşğalçılıq yolu ilə, qonşu dövlətin ərazisini zəbt etməklə, başqasının ərazisində məskunlaşan və özünə məxsus olmayan əraziləri tərk etmək istəyinə düşənlərin yardııma ehtiyacı olduğu qənaətində olanlar niyə bəs, həqiqətən də ermənilərin etnik təmizləmə siyasətinin qurbanı olan, soyqırımlarla, silahlı təcavüzlə məcbur edilərək, özlərinə məxsus olan, öz dədə-baba torpaqlarını tərk edənlərin yardıma ehtiyacı olduğu barədə heç bir qənaətdə olmayıblar bu vaxta qədər? İndi öz xoşu ilə, yaxud da Ermənistan tərəfinin təhriki ilə köç edənlər üçün yardım barədə fikirləşənlər, ötən əsrin 90-cı illərdində məcburiyyət qarşısında, məcbir edilərək, öz yurdlarını tərk edən azərbaycanlıları görmürdülərmi ki, həqiqətən də onlara yardımlar barəsində qərara gəlsinlər? Hər halda, özünəməxsus olan torpaqları, həm də zor gücünə, silahlı təhdidlə, soyqırımla, məcburiyyətlə tərk edənlərin yardıma ehtiyacının, başqalarına məxsus olan torpaqları, özü də xoşluqla tərk edənlərin yardıma ehtiyacından daha çox olduğunu Qərb təsisatları başa düşməkdə çətinlik çəkməzdilər, əgər bunu başa düşmək istəsəydilər.
Azərbaycanın Qarabağ iqtisadi rayonunu tərk edən, özü də könüllü şəkildə tərk edən ermənilərin sayı, öz ərazilərindən məcburi şəkildə didərgin düşmüş, məcburi köçkün və qaçqınların sayı ilə müqayisəyə belə gələ bilməz. Bu gün öz ənənəsinə və xislətinə uyğun olaraq Ermənistan hakimiyyətinin şişirdiyi rəqəmlərə görə belə köç edənlərin sayı azərbaycanlı məcburi köçkün və qaçqınların sayından onlarla dəfə azdır. Deməli, problemin və qayğıların da miqyası onlarla dəfə aşağıdır. Əgər indi həmin o sayda köç edən ermənilərə yardım düşürsə, o zaman bir milyondan çox qaçqına yardım düşmürdümü ki, buna göz yumulurdu? Cəmisi iki milyondan bir qədər artıq əhalisi olan Ermənistana on minlərlə köç edənlərə görə yardım haqqında düşünülür, amma bir milyondan artıq, yəni Ermənistanın əhalisinin az qala yarısı qədər azərbaycanlı qaçqın barədə düşünmək belə yada düşmür. Ərazilərimizdən cəmi bir neçə gündür ki, köç edənlər barədə yardım haqqında qərar müzakirə olunur, amma 30 il müddətində qaçqınlıq həyatı yaşayanlar az qala əsrin üçdə birinə yaxın müddət ərzində hesaba alınmır və barələrində yardım heç müzakirə mövzusu da olmur. Qərbin böyük pafosla dəm vurduğu ali dəyərlər və humanizm budurmu? Çadırlarda, vaqonlarda qalmaq məcburiyyəti ilə qarşılaşan və ac-yalavac halda olan milyondan artıq məcburi köçkünə bu qədər uzun müddət ərzində yardım haqqında düşünməyən xarici donor təşkilatları indi gedib İrəvanda özünə yer etmək üçün hər dona girən, xislətlərinə uyğun olaraq, yerli ermənilərə məhz onlara borclu olduqlarını deyən, dilemma ilə çıxış edən həmin o köç edənlərə yardım etmək az qala prioritet məsələyə çevrilib. Bütün bunlar onu deməyə əsas verir ki, Qərbin ikili yanaşması, ikili standartlar siyasəti çox qabarıq şəkildə özünü biruzə verir və hətta humanitar yardımların göstərilmısində belə ayrı-seçkiliyin olması deyilənləri bir daha sübut edir.
Separatçı rejimin qondarma Ombudsmanı bütün dünyaya üz tutur və Azərbaycanın Qarabağ iqtisadi rayonunda bu zamana qədər məskunlaşan, indi də könüllü şəkildə köç edən ermənilərlə bağlı çağırışlar edir və bu, dərhal da diqqəti cəlb edir, amma onillər boyu öz evinə, torpağına qayıda bilməyən yüz minlərlə müstəqil, suveren bir ölkə vətəndaşı barədə BMT kimi mötəbər bir beynəlxalq təşkilatın məlum dörd qətnaməsi, məcburi köçkünlərimizin vəziyyəti, onlara göstərilməli olan yardım yada da düşmür. Cəmi bir neçə gündür köç edərək Qarabağ ərazisini tərk edən ermənilərə yardım etmək üçün az qala növbəyə düzülən Qərb təsisatları hələ də Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı problemlərini belə görmək istəmirlər və yardım ağıllarına da gəlmir. Bu boyda ayrıseçkiliyi, Qərbin çılpaq şəkildə özünü büruzə verən ikili standartlarını görməmək mümkün deyil.
Azərbaycanın Qarabağ iqtisadi rayonundan köç etməyə məhz Ermənistan rətəfindən təhrik edilənlərin ehtiyacları, elə təhrik etdikləri üçün onların özləri, təhrik edənlər tərəfindən ödənilməli olduğu halda, köç edənlərin hələ bircə qayğısı ilə rəsmi İrəvan məşğul olmağa vaxt, macal tapmamış, onlara yardım barədə “həvəsə” düşən Qərb bilməlidir ki, onillər boyu məcburi köçkün həyatı yaşayan azərbaycanlıların bütün problemləri, qayğıları, ehtiyacları məhz ölkəmiz tərəfindən həll olunub, özü də heç bir yardım olmadan. Bilməlidir ki, az qala Ermənistan əhalisinin sayının yarısına bərabər sayda olan məcburi köçkünlərlə bağlı bütün məsələləri həll edən Azərbaycana bu onilliklər ərzində bircə dəfə də yardım müzakirəyə belə çıxarılmayıb. Dövlətimiz bütün məsələlərin, qayğıların, ehtiyacların yardımlar olmadan öhdəsindən gəlib. Azərbaycan dövləti 1993-2019-cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatı və digər məsələləri ilə bağlı 10 milyard manat həcmində vəsait xərcləyib. Qərb bilməlidir ki, 2020-2023-cü illərdə belə vahid aylıq müavinət daxil olmaqla hər il üçün 380 milyon manat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 600 milyon manat, bundan əlavə təhsil və digər xərclər Azərbaycan dövləti tərəfindən ödənilir və bu ödənişlər heç bir yardım olmadan dövlətimiz tərəfindən təmin olunur. Hazırda ermənilərə yardım edilməsi üçün canfəşanlıq edən donor təşkilatlar dəfələrlə ağır, dəfələrlə çətin vəziyyətlə qarşılaşan azərbaycanlıların vəziyyətinə sadəcə müşahidəçi mövqe sərgiləyiblər. Bu mövqe isə, təbii ki, ikili yanaşmanın, ikili standartların təzahürüdür və Qərbin ədalətsiz mövqedə olduğunu təsdiqləyir, ayrı-seçkiliyin mövcud olduğunu isbatlayır.
Qərbin ədalətsiz mövqeyini, ikili yanaşmasını, ikili standartlarını təsdiq edən arqumentlər kifayət qədərdir, amma görünür, ayrı-seçkilik etmələri sadalananları ya görmələrinə, ya da etiraf etmələrinə mane olur. Hərdən elə bir təəssürat yaranır ki, elə bil, Qərb qəsdən belə ayrı-seçkilik edir, qəsdən ikili standartlar siyasəti yürüdür ki, erməniləri ruhlandırıb müharibəni bir daha körükləsin. Təbii ki, bunun da qlobal siyasi situasiyalarda qlobal oyunçuların maraqları naminə olduğu şübhə doğurmur. Amma şübhə, eləcə də təəccüb doğuran, ermənilərin xəyanətkar xislətlərini və hər dəfə uğursuzluğa düçar olmalarını, fiaskolarını görən Qərbin öz imicinə zərbə vurmaq bahasına da olsa belə, mənasız yerə onlara yardımlar ayırmaq niyyətindən əl çəkməməsi, bu məqsədlə ikili yanaşmasından, ikili standartlarından usanmamasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə