"Azərbaycan dövlətinə və xalqına qələbə yaraşır" MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ

“Ordumuz, dövlətimizin, xalqımız tariximizin qızıl səhifələrini yaratmaqdadılar. 2020-ci ildə biz torpaqlarımızın işğaldan azad etdik”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, 30 illik erməni işğalına son qoyulması Azərbaycan tarixinin ən şərəfli və şanlı səhifəsi oldu: “2020-ci ildə ötən üç il ərzində biz bütün ərazilərimizin, suverenliyimizin etibarlı, dönməz şəkildə təmin edilməsi strategiyasını uğurla həyata keçirdik. 2023-cü ilin sentyabrında isə lokal xarakterli antiterror tədbirlərini həyata keçirməklə biz bütün ərazilərimiz boyunca suverenliyimizi təmin etməyi bacardıq. Bu ikinci dünya müharibəsindən sonra bir dövlətin öz ərazilərini və ərazi bütövlüyünü bərpa etməsi və bütün ərazilər boyunca suverenliyini etibarlı şəkildə təmin edilməsi istiqamətində ən parlaq bir nümunə idi ki, bunu Azərbaycan nümayiş etdirdi. Ordumuzun, dövlətimizin qazandığı bu tarixi zəfərlə qürur duyuruq. İllər öncə arzu edirdik ki, heç olmasa təsəlli üçün bir rayonumuz geri qayıtsın, amma biz bu gün işğal altında olan bütün torpaqlarımızın geri qaytardıq”.

Elşad Mirbəşiroğlu onu da bildirdi ki, bu gün biz tariximizin qızıl səhifələrini yaşamaqdayıq: “Əsrlər keçəcək xalqımız isə daima bu günləri böyük sevinc və qürur hissi ilə qeyd edəcəkdir. Biz xoşbəxt insanlarıq ki, bu dövrü və qələbəni görə bildik. Məhz Azərbaycan Prezidentinin qətiyyətli və uzaqgörən müdrik siyasəti nəticəsində Azərbaycan dövləti bu qələbəni əldə etdi. Azərbaycan dövlətinə və xalqına qələbə yaraşır. Daima biz zəfərlə yaşayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizə uzun ömür, cansağlığı versin”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə