Beşdən böyük dünyanın iki qütbü - BAXIŞ BUCAĞI

Ukrayna müharibəsindən sonar ABŞ-ın qlobal rəqibi kim olacaq?

Dünyada dörd cəhət, iki qütb var. Bu, əlbəttə coğrafi anlamda belədir. Hərbi-siyasi anlamda isə cəhətlər nəzərə alınmasa da qütbün, qütbləşmənin böyük anlamı var. Qlobalistlər əsasən dünyanın birqütblü olması üçün çalışırlar. Təbii ki, özlərini də həmin dünyanın başında, idarəçiliyində görmək istəyirlər. İki qütb balans yarada bilər, amma alternativ düşünənlər rəqabətin, əksinə inkişafa əks təsir göstərəcəyi qənaətindədirlər. Dünya insanlarını vahid millət altında birləşdirmək istəyən güclərin ikiqütblü, yaxud çoxqütblü dünya ilə işləri yoxdur. Məhz buna görə də dünya düzəlmir, müxtəlif bəhanələrlə müharibələr aparılır, qloballaşma siyasətinə boyun əyən dövlət və millətlərin assimliyasiya arzuları gerçəkləşdirilir. Dövlətlər arasında fikir ayrılıqlarının səbəbi üzdə başqa olsa da, əsas məsələ qloballaşma ilə razılaşmaqdır.

Bu gün dünyanın qütblərin sayı iki olsa da yalnız bir yerin sahibi bəllidir – ABŞ. İkinci qütb uğrunda savaş gedir. Vaxtilə SSRİ bu qütbdə oturmuşdu. II Dünya müharibəsindən sonra başıpozuq Avropanı bir çətir altına toplamaq üçün ABŞ-a vaxt lazım idi. Əgər “Proletariat diktaturası”nın o kürsüdə oturmasını əngəlləmək üçün savaşa başlasaydı bu, ABŞ-ın ziyanına olardı və heç vaxt da indiki kimi Avropanı nəzarətində saxlaya bilməzdi. Ona görə də 40 il sovetləri rəqib kimi qəbul edib onun çöküş planını hazırladı. Və bir həmlə kifayət etdi ki, SSRİ darmadağın olsun. Təbii ki, burada “ağacı öz içindən qurd yeyər” atalar məsəlini da unutmayaq.

Bu gün ABŞ-ın rəhbərlik etdiyi Qərb Rusiyanın başını Ukrayna ilə savaşa qatıb. Dünyanın hegemonluğuna iddia edən Moskvanın gücünü tükətmək üçün Vaşinqton bütün imkanlarını səfərbər edib. Özü müharibədə iştirak etməsə də aktiv vasitəçidir və müharibəni körükləməkdə, tərəflərdən birini – Ukraynanı silahlandırmaqdadır. Narazılıqlara baxmayaraq Avropadakı və dünyanın digər qitələrindəki tərəfdaşlarını könüllü və ya könülsüz şəkildə bu kampaniyaya qoşub. Qərb koalisiyası ilə Rusiya Ukraynada baş-başa gəlib, ölüm-dirim savaşına çıxıb. Rusiyanı həm hərbi, həm də iqtisadi cəhətdən sarsıtmaq üçün cızılan plan yavaş-yavaş həyata keçməkdədir. ABŞ başqa bir iddialı ilə savaşa hazırlaşır. Hələlik açıq müharibə getməsə də bu toqquşma artıq hazırdır. ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpin G20 sammiti çərçivəsində Balidə keçirilən görüşdə də fikir mübadiləsi aparılsa da bu yalnız görüntü xatirinə idi, desək yanılmarıq. Onların danışacaqları çoxlu mövzuları var idi. Həqiqətən də iqtisadi müharibələr, Tayvana münasibətdə qarşıdurma, eləcə də Qərbin Çini anti-Rusiya sanksiyalarının tətbiqinə cəlb etmək cəhdləri səbəbindən son vaxtlar iki ölkə arasında münasibətlər xeyli pisləşib. Bundan əlavə, Pekinin Vaşinqtona çoxlu sualları var, çünki o, onu ÇXR-in gücünü sarsıdan əsas rəqabət mərkəzi hesab edir.

Eyni zamanda hər iki ölkənin razılıq əldə etmək üçün yeri var. Kommunist Partiyasının 20-ci Qurultayında Si Cinpinin dediyi kimi, Çin dünyanı ikiqütblü görməyə üstünlük verir. Yəni, onun fikrincə, Ukraynadakı müharibədən sonra gələcək dünya nizamı məhz ikiqütblü dünyaya doğru hərəkət etməlidir. Balidəki danışıqlar zamanı tərəflər nüvə silahının yayılmaması ilə bağlı müəyyən anlaşma əldə edə bilərdilər. Amma bud a baş vermədi, fikirlər yenə haçalandı.

Bu ikitərəfli dialoqun digər məqamı qlobal təhlükəsizliklə bağlı idi. Çin Rusiyanın Ukraynadakı müharibəsini lokal münaqişə hesab edir. Ona görə də bu müharibənin Şərqi Avropadakı qarşıdurmadan kənara çıxmasının qarşısını almaqda maraqlıdır. Balidəki danışıqlardaRusiyanın Ukraynaya qarşı müharibəsində nüvə silahından istifadənin mümkünsüzlüyü ilə bağlı Vaşinqton və Pekinin ümumi mövqeyi olmalı idi. Gözləmək olardı ki, Pekin Ukraynada nüvə silahından istifadə ediləcəyi təqdirdə Çinin ABŞ-a simmetrik davranacağı ilə bağlı Moskvaya qeyri-rəsmi hesabat verəcək. Yəni istənilən əməkdaşlığı dayandıracaq, investisiyaları məhdudlaşdıracaq və birgə layihələri bağlayacaq. Rusiya bundan çox zərər çəkəcək. Ona görə də başa düşmək lazımdır ki, Çin Moskvaya təsir edə bilər.

Digər məqam - tərəflər Sakit okeanda gərginliyin azaldılması ilə bağlıdır. Bu o deməkdir ki, Pekin Tayvanın müstəqilliyi istiqamətində real addımların qarşısını almaq və status-kvonu saxlamaq üçün Vaşinqtondan Taypeyə təsir göstərməyi tələb edir. Vaşinqtonun isə Pekindən tələbi regionda hərbi gərginliyi azaltmaqdır. Şimali Koreya ilə bağlı növbəti razılaşma da iki ölkənin gələcək davranışlarına təsir edən amillərdən sayıla bilər. KXDR-in Rusiyaya silah tədarük etməsi faktı Bayden və Si Cinpinq fərqli cəhətdən narahat edir. Tərəflərin KXDR-in hərəkətlərinə təsir etmək niyyəti tezislərdə yer almayıb. Əksinə, Çindən ballistik raket sınaqlarını dayandırmaq üçün Pxenyana təsir göstərmək, həmçinin gərginliyi aradan qaldırmaq və Pxenyanı “günəş istisi” siyasətinə sövq etmək tələbi yerindədir. KXDR-in nüvə proqramının dayandırılması və Şimali Koreyanın nüvə silahı sınağının qarşısının alınması məsələləri hələ də aktualdır.

Bütün bunlar daim müzakirə olunacaq gündəmdir. Sualların əsas payı iqtisadiyyatla bağlıdır. Xüsusilə, ticarət müharibələrinin dayandırılması, Pekinin fikrincə, Vaşinqtonun dünya bazarlarında Çin malları və şirkətləri üçün süni şəkildə yaratdığı maneələrin aradan qaldırılması tərəfləri hədəfə doğru bir az da yaxınlaşdıracaq. Eləcə də Çin şirkətlərinə təhlükəsizlik baxımından tələblərin azaldılması və haqsız rəqabətə son qoyulması bu qəbildəndir. Bu, xüsusilə İT sənayesi üçün doğrudur. Axı Çin texnologiya mübadiləsindən çox asılıdır.

Rusiya təbliğatı ABŞ-ı necə parçalayır

Müharibəyə cəlb olunması Rusiyanın dünya liderliyinə iddiasını azaltmayıb, əksinə bir az da həvəsləndirib. Bu gün Kremlin əsas səyləri təkcə ABŞ-ın Ukraynaya dəstəyini zəiflətməyə yönəlməyib. Əsas məqsəd Amerika cəmiyyətində daxili siyasi problemləri daha da gərginləşdirməkdir. Kremlin təbliğatı gündən-günə pas kimi Amerikanın demokratik dəyərlərin mahiyyəti haqqında fikirlərini korlayır. Dövlət prioritetlərinin aydınlığını bulandırır və ən mühüm, deyildiyi kimi, Qərb prinsiplərini dəstəkləmək əzmini zəiflədir. Putin KQB-dən gəlib, insanları bir-birinə necə qarşı qoymağı çox yaxşı bilir. O, Amerikada və dünyada xaos səpmək üçün ABŞ-ın daxili problemlərindən məharətlə istifadə edir.

Diqqət edin, Putin heç vaxt demokratiyaya qarşı çıxmır, heç vaxt demir ki, demokratiya işləmir. Əksinə, o, Rusiyanın həqiqətən demokratik ölkə olduğunu iddia edir. Təbii ki, bu, Putinin nou-hausu deyil. Bu gün Kremlin ən mühüm vəzifəsi və əsas məqsədi Amerika cəmiyyətini parçalamaqdır. Putin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı olmayan daxili siyasi problemlərimizi yaxşı öyrənib. Amma Rusiya təbliğatı mövcud parçalanmaları daha da gücləndirir və əsas səbəbin “Ukrayna məsələsi” olduğunu təkid edir. Beləliklə, Kreml amerikalıların şüurunu məharətlə manipulyasiya edir, xalqı parçalayır və onların azadlığına hücum edir. Moskva Amerika cəmiyyətinin daxili problemlərinə müdaxiləsini kifayət qədər məqbul sayır. Məsələn, “Qaraların həyatı önəmlidir” adlı kütləvi etiraz aksiyaları zamanı Kreml iki qarşı tərəfi dəstəkləmək üçün reklamlara milyonlarla dollar xərcləyib. Əsas odur ki, amerikalılar arasında qarşıdurma və parçalanma təşkil olunsun, inandırmaq önəmli deyil.

Qərbdə Putinə inananlar da var. Məsələn, Jordan Peterson milyonlarla izləyicisi olan məşhur psixoloqdur. O, əmindir ki, Putin LGBT-lərə qarşı çıxır və bununla da ümumbəşəri dəyərləri müdafiə edir. Amma Amerikada heç kim Moskvanı transgenderləri qarşılamağa məcbur etmir! Bundan başqa, seksual kimlik məsələləri ilə Putinin ukraynalıları öldürmək qərarı arasında necə əlaqə ola bilər? Aydındır ki, LGBT insanların Ukraynadakı müharibə ilə heç bir əlaqəsi yoxdur, lakin Rusiya təbliğatı bu iki fenomeni hətta Qərb ziyalılarının şüurunda da birləşdirə bilib...

Amerika Ukraynaya dəstəyi zəiflətsə, bunun qısa müddətdə deeskalasiya effekti verəcəyi qətiyyən əmin deyil. Bəs bundan sonra nə olacaq? Putin Ukraynanı istəyir, yoxsa Moldovaya girəcək? Yaxud da Qərbin sonuncu dəfə təslim olduğu halda yenidən geri çəkiləcəyinə qərar verəcək. Bəs NATO Litva və ya Estoniyanın müdafiəsinə qalxacaqmı? Axı söhbət təkcə silah təminatından yox, ABŞ-la Rusiya arasında birbaşa toqquşmadan gedir. Nüvə müharibəsinə başlamaq şansı indiki vəziyyətlə müqayisədə dəfələrlə artacaq. Və bu təhlükəli ssenarinin qarşısını almaq üçün Putini dərhal dayandırmaq lazımdır.

İsrail-İran qarşıdurmasında Avropa meydanı

Dünyanın iki qütbündən birinin yanında duranlar da liderliyə iddialı görünməsələr də niyyətlərinin olmadığını da demək olmaz. İran və İsrail fərqli cəbhələrdədir, amma tapşırıqları yerinə yetirləkdə həvəssiz deyillər. Bu dəfə isə İsrail İranın pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün Avropada kinci cəbhə açıb. İsrail Ukraynada istifadə edilən pilotsuz təyyarələrin mənşəyi mövzusunu İran əleyhinə sanksiyaların gücləndirilməsi üçün bəhanəyə çevirmək niyyətindədir. Bunu İsrail Xarici İşlər Nazirliyinin Qərbdəki səfirliklərinə göndərdiyi məxfi göndərişlər və brifinqlər üçün materiallar nümayiş etdirir. İsraillilərin Tehranla bağlı fikirlərini keyfiyyətcə dəyişmək istəyinə baxmayaraq, münasibətdə dəyişikliklər artıq baş verib, Qərb rəsmiləri açıq şəkildə bildirirlər ki, pilotsuz təyyarələr məsələsi, onların fikrincə, İran etirazları fenomenindən daha çox çəki qazanıb.

İsrail diplomatik missiyasına göndərilən materiallar barədə “Axios” portalı məlumat yayıb. Yazılanlardan da görünür ki, yəhudi dövlətinin Xarici İşlər Nazirliyi əvvəlcə səfirliklərə ev sahibliyi edən ölkələrin hakimiyyət orqanları ilə dialoqda Ukraynada istifadə olunan pilotsuz təyyarələrin mənşəyi məsələsini daha tez-tez qaldırmağı əmr edib.

Daha sonra diplomatik şöbə də müvafiq brifinqlər üçün materiallar göndərib. “Axios”un fikrincə, Rusiya İran istehsalı olan pilotsuz təyyarələri xüsusi hərbi əməliyyatlar zonasında işlətməkdə ittihamlarla üzləşdiyi bir şəraitdə, yəhudi dövləti öz üzərinə əlavə beynəlxalq təzyiqləri təşviq etmək üçün mümkün qədər çox istifadə etmək istəyir. İsrail diplomatiyası öz arqumentlərini NATO baş katibinin müavininə təqdim edib. Yeni tapşırıqla yüksək rütbəli diplomat Aİ və Avropa Parlamentinin mənzil-qərargahında brifinqlər keçirmək üçün Brüsselə gedib. Mənbələr bildirirlər ki, bundan əlavə, bu mövzunu müzakirə etmək üçün İsrail beynəlxalq konfrans çağırmaq niyyətindədir – bu ideya artıq bir sıra müttəfiq dövlətlərlə müzakirə olunur. Qeyd olunur ki, bu cür səylər israillilərin taktikasının dəyişməsi deməkdir.

Rusiya rəsmiləri dəfələrlə qeyd ediblər ki, döyüşlərdə yalnız yerli istehsal silahlarından istifadə edilir. İran rəsmiləri də özünümüdafiə hüququndan istifadə edirmiş kimi Ukrauna müharibəsində Qərb ölkələrində istehsal olunan silahlardan istifadə edildiyi faktından danışıblar. İslam Respublikasının BMT-dəki Daimi Nümayəndəliyi pilotsuz döyüş təyyarələrinin yayılması ilə bağlı Ukrayna rəhbərliyinin nümayəndələri ilə Tehran arasında konstruktiv söhbətin qurulması üçün “əhəmiyyətli addımlar” atılmasının vacibliyini vurğulayıb. Bir gün əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan görüşlərin olduğunu, lakin “Ukrayna tərəfi İranın pilotsuz təyyarələrindən istifadəyə dair heç bir sübut təqdim etməyib” demişdi. "Bu yaxınlarda İran və Ukraynanın siyasi və hərbi nümayəndə heyətləri üçüncü ölkədə danışıqlar aparıblar", - XİN rəhbəri qeyd edib.

Bununla belə, İran tərəfi son aylarda dron sənayesində irəliləyiş olduğunu nəzərəçarpacaq dərəcədə vurğulamağa başlayıb. Oktyabr ayında İranın Ali Rəhbərinin hərbi müşaviri general-mayor Yəhya Rəhim Səfəvi beynəlxalq oyunçuların yerli istehsal olan hərbi məhsullar üçün növbəyə durmalarına diqqət çəkib. O, İran pilotsuz təyyarələrini əldə etməkdə maraqlı olduğunu bildirən 22 ölkəni sayıb. Və bir ay əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri general-mayor Hüseyn Səlami Tehranın öz hərbi texnikasını bir çox xarici alıcılara, o cümlədən böyük dünya güclərinə satdığını bildirib.

Vəziyyət artıq Avropa birliyini öz mövqeyini düzəltməyə məcbur edib, çünki əvvəllər o, İslam Respublikası ilə təmas ideyasına kifayət qədər sadiq idi. Bu ayın ortalarında Avropa İttifaqı SEPAH-ın iki strukturuna - Aerokosmik Qüvvələrinə və Qods Aviasiya Sənayesinə qarşı sanksiyalar tətbiq edib. Bu tədbirlərdən əvvəl, oktyabrın 20-də Brüssel böyük dron istehsalçısı olan Shahed Aviation Industries-i qadağan edən zaman məhdudiyyətlər qoyulmuşdu.

Maraqlı sual yaranır, iddiaçılar dünya liderliyi uğrunda müharibə aparır, buna kifayət qədər imkanları da var, bəs İranın iddiası nədir?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə