AZƏRBAYCAN PREZİDENTİ: “Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik” TƏHLİL

"İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Biz əvvəldən demişdik ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir”. Bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.“Beləliklə, biz bunu rəsmiləşdirməli idik və bu, baş verdi. Praqa görüşünün kommünikesinə baxsanız, görərsiniz ki, Ermənistan ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdı və bu həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir. Həmçinin Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz. Beləliklə, Avropa İttifaqı formatına qayıtmaq vacib idi, çünki biz Brüsseldəki bu qarşılıqlı əlaqələr sayəsində iki yola ayrılmağa razılaşdıq. Biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə bizim Qarabağdakı erməni azlığın nümayəndələri ilə iki məsələnin həlli ilə bağlı danışıqlarımız - onların hüquqları və təhlükəsizliyidir. Bu, razılaşdırıldı və buna görə də demək istədiyim odur ki, bu, nəticəyönümlü tədbir idi. Praqadakı görüşün formatı isə bir qədər fərqli idi. Çünki Fransa Prezidenti Makron bizim qrupumuza qoşuldu və mən burada bu məsələni şərh etməyi dayandırıram. Bir daha deyirəm, Praqa görüşünün nəticəsi bizim üçün uğurlu idi. Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı” - deyə Azərbaycan Prezidenti qeyd edib.

QARABAĞ MÜNAQİŞƏSİ HƏLL OLUNUB, QARABAĞ MÖVZUSU BAĞLANIB

Bu gün Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Nə qədər savadsız və sabadsız düşüncə. Çünki bu qətiyyən mümkün deyil. Dövlət başçımızın söylədiyi kimi, biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir. Və Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi, bunun ardınca Fransanın Frankofoniya Sammitində bizə qarşı hücum cəhdi. Bu, qətiyyən qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır və heç vaxt belə məsələlərlə məşğul olmayıb. Belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub. Ola bilsin ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib.Ancaq istər Paşinyan, istərsə də Makron bilməlidir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində «Dəmir yumruq» siyasəti ilə münaqişəni hərbi yolla həll etdi, tarixi zəfərə imza atdı və dövlət başçımızın söylədiyi kimi, artıq yeni reallıqlar yaranıb. Və əgər Azərbaycanın işğal altında olan torpaqları siyasi yolla, müharibə olmadan, itkilər olmadan azad edilsəydi, o halda «status» məsələsi də müzakirə predmeti ola bilərdi. İndi isə artıq vəziyyət dəyişib, Azərbaycan yeni tarixi reallıqlar yaradıb. Yeni reallıqlarda isə «status» məsələsinə gəldikdə Ali Baş Komandan İlham Əliyevin açıq mövqeyi var və bu mövqe də odur ki, "status" məsələsi artıq yoxdur, ümumiyyətlə, bizim gündəliyimizdən o məsələ çıxıb.Bir sözlə, indi qalib tərəf Azərbaycandır və şərtləri də Qalib ölkənin Qalib Lideri Prezident İlham Əliyev diqtə edir, ona görə də bu məsələyə qayıtmağın mənası yoxdur. Bəli, indi qalib tərəf şərtləri diqtə edir. Və Ermənistanın baş naziri Nikol Paşinyanın və ona dəstək olan Makron kimilərin «status» məsələsinin müzakirə edilməsi arzuları artıq onların ürəyində qalıb və qalacaq!.Çünki….

AZƏRBAYCANIN DAXİLİ İŞİ MÜZAKİRƏ PREDMETİ DEYİL

Bəli, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə status söhbətləri də birdəfəlik bağlandı. Ölkəmizin ərazisində yaşayan ermənilərin məsələsi isə Azərbaycanın öz daxili işidir. Noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda iştirakçıların suallarını cavablandıran Prezident İlham Əliyev bir daha bu mövzuya toxunaraq deyib: "Biz əvvəldən demişdik ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu, bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir". Bəli, Qarabağ münaqişəsi həll olunub, bu, bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir. Çünki ATƏT-in Minsk qrupunun edə bilmədiklərini Azərbaycan güc yolu ilə təmin etdi. Artıq Azərbaycan ərazi bütövlüyünü təmin edib. 30 ilə yaxın bir müddətdə öz vəzifələrini yerinə yetirə bilməyən Minsk qrupunun da fəaliyyətinə ehtiyac yoxdur və müharibənin başa çatmasından sonra Fransa tərəfindən Minsk qrupu gündəmə gətirilsə də, artıq bu format dəfn olunub, tarixə qovuşub. Bir sözlə, bir daha vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin yürütdüyü diplomatiya nəticəsində müharibənin başa çatmasından sonra yaranan bu reallıqlar siyasi mərkəzlər tərəfindən qəbul edilir. Və Qarabağ münaqişəsi artıq bitib və «status» barədə heç bir söhbət gedə bilməz. Bu gün bəzi dövlət rəsmiləri “Qarabağın status məsələsi həll olunmayıb” fikirini söyləməklə hələ də əsl reallığı dərk etmirlər. Və Prezident İlham Əliyev qətiyyətlə erməni havadarlarına və ümumiyyətlə, hər kəsə bəyan etdi ki, Qarabağ münaqişəsi artıq bitib və status barədə heç bir söhbət gedə bilməz.

Prezident İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda da bu barədə ətraflı məlumat verərək bildirmişdi ki, ikinci qətnamənin qəbulu da gözləniləndi. Çox keçmədi ki, İlham Əliyevin konfransda dediyi fikirlər gerçəkləşdi. Prezident demişdi ki Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsinin qəbulundan sonra Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməni qəbul etməsi də gözlənilir. Bu, Fransanın Azərbaycana qarşı açıq-aşkar hücuma keçdiyini təsdiqləyən reallıqdır. Bu bir daha sübut edir ki, soyqırımı törətmiş Fransa dövləti bu gün açıq mətnlə Ermənistanı, eyni cinayəti törədən dövləti müdafiə edir. Bir sözlə, Azərbaycan Prezidenti konfransda da İkinci Qarabağ müharibəsinin qalib komandanı kimi bir daha Ermənistanın havadarlarına, xüsusən də Fransaya çatdırdı ki, onun sözü imzası qədər keçərlidir. E.Makrona da bəlli oldu ki, əsl sərkərdə qətiyyətli Qalib Lider Prezident İlham Əliyevə hər hansısa təzyiq, göstəriş və ultimatum keçmir, onunla tələb və təhdid dili ilə danışmaq mümkünsüzdür. Və Ermənistan da, Fransa da, bu şəbəkənin digər üzvləri də bundan nəticə çıxarmalıdırlar.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə