Fransa Zelenskiyə verdiyi vəddən sonra Makronun istefasını tələb edir...

...Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə Ukraynaya Rafale qırıcı təyyarələri verəcəyinə söz verdiyi üçün vəzifəsindən azad edilməlidir.

SİA-nın məlumatına görə, bu barədə “Oyan, Fransa” partiyasının lideri Nikolas Düpon-Eynyan sosial mediada bildirib.

…Hansı pulla? Əlbəttə ki, bizim pulumuzla!" siyasətçi qəzəbləndi. Düpon-Eynyan Makronun vəzifədən uzaqlaşdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ukraynaya təyyarələrin verilməsi qərarı “daha bir dəlilik aktıdır”.

Bir müddət əvvəl Zelenski və Makron tarixi adlandırılan bir müqavilə imzalayıblar.

Reuters-in məlumatına görə, müqavilə yüzlərlə Rafale qırıcı təyyarəsinin çatdırılmasını əhatə edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə