...Polşa general-leytenantı Maçey Kliş bildirib ki, 10 sentyabr gecəsi Rusiya dronları Polşa hava məkanını kütləvi şəkildə pozduqda təhlükə əvvəllər düşünüləndən daha ciddi idi.
SİA-nın məlumatına görə, RMF24 onun sözlərinə istinadən bəyan edib.
Kliş bildirib ki, bəzi Rusiya dronları, hətta hava hücumundan müdafiə sistemlərini həddindən artıq yükləmək üçün istifadə edilənlər belə partlayıcı maddələrlə silahlanıb.
...Bunların karton və kağız əşyaları olduğu iddiası tamamilə doğru deyil, - deyə Polşa generalı bildirib.
O, əlavə edib ki, Rusiya dronlarından Polşaya təhlükə sentyabr ayında real idi.
Xatırladaq ki, 10 sentyabrda təxminən iyirmi dörd Rusiya dronu ilk dəfə Polşa ərazisinə kütləvi şəkildə uçub.
Onlardan bəziləri şərq sərhədindən təxminən 300 kilometr məsafədən keçib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB