Afrika
Afrikanın bəzi bölgələrində kürəkən namizədi qızı ailəsindən istədikdən sonra qızın ailəsi qəbul etsə, gəlinə pul və fıstıq verirlər. Adətə görə, gəlin fıstığı bəylə bölüşməlidir. Toyda gəlinlə bəy süpürgənin üstündən atlanaraq keşmişə aid zibillikləri süpürüb atmış kimi olurlar.
Çexiya
Çex toylarında gəlinlə bəy salona girərkən ayaqları ilə qab qırırlar. Qırdıqları qabı bir yerdə süpürürlər. Ənənəyə görə, toy yeməyində gəlinlə bəy şorbalarını eyni bir qaşıqdan içirlər. Kürəkənin yaxın dostları gəlini qaçırıb bir yer də saxlayırlar. Kürəkənin gəlini tapmasıyla gəlini həmişə qoruyub gözləyəcəyi demək anlamını verir. Toyun sonunda gəlinin duvağı və kürəkənin ayaqqabıları qonaqlar arasında dolaşdırılar. Qonaqlar da cütün bal ayı tətili üçün ayaqqabı və duvağın içinə pul qoyurlar.
Almaniya
Alman gəlinləri toyda duvaq yerinə ləl-cəvahirat və çiçəklərlə bəzənmiş bir tac taxırlar.Toy mərasimi sonunda cüt bir kötüyü mişarla kəsir, bu da qarşılaşdıqları çətinliklərə birlikdə sinə geləcəkləri mənasını verir. Qonaqlar cütün üstünə düyü səpərlər, bu da bərəkət deməkdir. Gəlinin saçında qalan düyü dənəsinin sayı qədər uşaqları olacağına inanırlar.
Şotlandiya
Gəlin, toydan bir gün əvvəl küçəyə çıxarılaraq çirklədilir. Yumurta sous kimi maddələr bir-birinə qarışdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB