Molyusk
Guinness-in Rekordlar Kitabına dünyanın ən uzun yaşayan canlısı olaraq daxil olan, yüksək qida dəyəriylə əhəmiyyətli qidalar arasında iştirak edən bu molyusk qabıqları yumru, yelpik formasında bir yumuşaqlığa sahibdir. Təxminən 150 il yaşayır.
Qrenlandiya balinası
160 il yaşaya bilən bu balinalar heyvanlar aləminin ən uzun ömürlü heyvanları olaraq sayılır. Ən qısa ömürlüsü, uzun ömür yaşamış bir insana hardasa bərabərdir. 200 il belə yaşayan növləri olduğu deyilir.
Elm dünyası bu heyvanları \"Eubalaena glacialis\" yəni, \"yaxşı -və ya gerçək- buz balinası\" - deyə adlandırır.
Tuatara
Tuatara - kərtənkələyə bənzəyən və digər sürünənlərlə müqayisə edildikdə olduqca uzun ömürlü olan sürünəndir. Tuataranı digər sürünənlərdən ayıran xüsusiyyəti başının üzərində incə bir dəriylə örtülü üçüncü bir gözün olmasıdır. Tuataranın üzərində araşdırma aparan alimlər bu üçüncü gözün görmə funksiyasının olmadığını tapıblar. Tuataraların bu gözləri günəşin mövqesindən yola çıxaraq istiqamət tapmaq üçün istifadə etdikləri bir kompas kimi işləyir. 100 ilə 200 il arasında ömür müddətləri var.
Qırmızı dəniz dəcəli
Sakit Okeanın yerlilərindən olan bu canlılar Şimali Amerika sahilləri boyunca olurlar. Təxminən 200 il ömürləri vardır.
Qalapaqos tısbağası
Nəhəng qalapaqos tısbağası indiki vaxtda yalnız Qalapaqos və Aldabra Adalarında yaşayan nəhəng quru tısbağalardır. Ağırlığı 200 - 250 kiloqrama qədər çata bilər. Bu zərərsiz heyvanların uzunluqları da bir yarım metrə çata bilir. Təxminən ömür müddəti 200 ilə çata bilir.
Colpophyllia Natans mərcanı
Suda yaşayan bu canlı bir növ mərcandır. 400 il yaşayır. Təbiətdə ən uzun yaşayan canlılar arasında olduqca yaxşı tanınır. Koloniya şəklində yaşayan mərcan qrupunun mərkəzindəki canlıdır.
Antartika süngəri
Görünüşü daha çox bitkini xatırlatsa da bütün həyatını ümumiyyətlə hərəkətsiz bir şəkildə keçirərlər. Okeanın dibində özünə etibarlı bir bölgə seçən bu süngərlərin böyümə sürəti də olduqca sürətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə