Yeni araşdırmalar nəticəsində məlum olub ki, çox düşünən insanların yaddaşı zəifləyir. SİA-nın xəbərinə görə, bu insanlar daha asan depressiyaya girirlər. Mütəxəssislər insanların hər hansı bir məsələdə qərar verərkən nə qədər düşündüyünü və bu zaman beyinin hansı hissəsinin nə qədər işlədiyini tədqiq ediblər. Nəticələrə görə, verdikləri qərardan əmin olanlar və qərarın üzərində dəfələrlə düşünməyən insanların beyninin ön hissəsində daha çox hüceyrə olur. Qərarları haqqında həddindən artıq çox düşünənlərdə isə hüceyrələrin sayı dəfələrlə azalır. Bu da depressiya və yaddaş zəifliyinə gətirib çıxarır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB