Alimlər hamilə qadınlar üzərində yeni eksperiment aparıblar. SİA-nın verdiyi xəbərə görə, mütəxəssislər hamiləliyin sonuncu üç aylığında olan 720 qadının psixoloji vəziyyətini və onların dünyaya gətirdikləri uşaqların çəkilərini müqayisə ediblər. Əldə edilən nəticələrə görə, qəmgin anaların dünyaya gətirdikləri körpələrin çəkisi digərlərinə nisbətən daha az olur. Belə ki, depressiya əlamətləri müşahidə olunan 18 faiz qadının dünyaya gətirdiyi uşaqların çəkiləri normadan çox az olub.
Qeyd edək ki, bədən çəkisinin normadan az olması yenidoğulanların ölüm, fiziki və əqli inkişafdan geri qalma riskini artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB