Bir insanı daxilən tanımaq istəyirsənsə, ondan sevdiyi meyvəni soruş. SİA-nın məlumatına görə, meyvələrə görə, insan xasiyyəti belədir:
Portağal - sonsuz səbr və iradəyə sahib birisiniz. Utancaqsınız amma etibarlı və söz sahibi olan bir dostsunuz.
Alma - simic, sözü üzə deməkdən çəkinməyən bir insansınız. Sərt və hirsli xarakteriniz var. Tez qərar vermək və irəliyə qətiyyətli addımlar atmaqla diqqət çəkirsiniz. Səyahət etməkdən xoşunuz gəlir.
Banan- şəvqətli və utancaq olurlar. Tərəf müqabiliniz sizə həm ruhən həm də fiziki olaraq uyğun olmalıdır və qarşınızdakı insanı tanıdıqca sevən bir xarakterə sahibsiniz.
Gilas - sizin enişli və yoxuşlu bir həyatınız var. Daxilən səmimi və sadiq bir tərəf müqabilisiniz. Lakin duyğularınızı ifadə etməkdə çətinlik çəkirsiniz.
Üzüm - nəzakətlisiniz. İstiqanlı bir insan olduğunuz üçün çox vaxt ətrafınızdakılar tərəfindən sevilirsiniz. Etdiyiniz hər şeydən zövq alırsınız.
Şaftalı - olduqca şənsiniz. Yaşamağı sevirsiniz. Dostluq sizin üçün çox önəmlidir. Hadisələri böyütmür və tez bağışlayırsınız. Açıq sözlü bir insansınız.
Heyva - təvazökar və mühafizəkar bir insansınız. Hər bir qərar ətrafında uzun müddət düşünürsünüz. Heç bir işi tələsik görmürsünüz. Tərəf müqabilinizi seçərkən görünüşündən çox zəkasına üstünlük verirsiniz.
Armud- qarşınıza bir məqsəd qoydunuzsa dərhal onu yerinə yetirirsiniz. Çox tez dostluq qursanız da əlaqələri davam etdirməkdə problem yaşayırsınız.
Əncir- siz ciddi, düşüncəli və həssas bir insansınız. İnsanlarla münasibətdə müəyyən sərhədlər saxlamağa diqqət edirsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB