İş masanızda olmayan, amma olması sizə sevinc və uğur gətirəcək əşyalar
SİA iş stolumuzda olmayan, lakin həmişə ehtiyac duyduğumuz əşyaları təqdim edir:
Balaca daxıl (pulqabı).
Hansı ki, içinə hər gün qəpik ataraq işə başlayın və onun sizə uğur gətirəcəyinə, uğurlu, ruzili iş günü yaşayacağınıza inanın. Ay sonunda maaşınızı aldıqda isə o qəpikləri imkansız, ehtiyacı olanlara (dilənçilərə) verin. Beləliklə ruhən və mənən rahatlayacaqsınız.
2. Fotoşəkil.
İş masanıza sevgilinizin, doğmalarınızın və ya sizə ruh yüksəkliyi gətirən fotoşəkil qoyun. Yorulanda və ya işləməyə həvəsiniz olmayanda o şəkilə baxıb rahatlayacaqsınız.
3. Suvenir.
Xoş günlərinizdə sizə hədiyyə edilmiş və ya işə başlayarkən özünüz tərəfindən alınmış suvenir həm kənardan gözəl görsənəcək həm də sizə mənəvi zövq verəcək.
4. Kitablar.
İşinizlə, ixtisasınızla bağlı kitabları masanızdan əksik etməyin. Çünki, bəzən işinizdə çətinlik yarana bilər amma, həmin kitablardan faydalanaraq həmin çətinliyi tezliklə aradan qaldıra bilərsiniz.
5. Musiqi diskləri.
Sevdiyiniz hansısa müğənninin və ya musiqiçinin diskini masanızdan əksik etməyin. Çünki yorulanda və ya işdən stresə düşəndə o musiqiləri dinləyib dincələ bilərsiniz.
6. Stakanaltı dəsmal.
Sırf stəkanınız üçün dekorativ zövq oxşayan dizaynlı stəkanaltını masanızdan əksik etməyin. Bu sizin təmizkar və zövqlü bir insan olduğunuzu göstərər.
7.Güllər.
Masanızda güllərin olması əhval - ruhiyyənizi həmişə şux saxlayacaq. Xanımlar gülləri masalarına böyük məmuniyyətlə qoysalar da, bəzən isə kişilər masalarına gül, çiçək qoymağa çəkinirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB