Buzunu açdığınız qidanı bir daha dondurmayın. Bişmiş sousluq əti soyuducunun buz yerində saxlayın.
Soyuducunu çox doldurmayın. Çünki çox dolu soyuducuda hava normal dövr etmədiyi üçün qidaları yaxşı soyuda bilmir. Meyvə-tərəvəzlərin rənglərin itməməsi üçün soyuducunun meyvə-tərəvəz hissəsinə yerləşdirin. Cəfəri və şüyüd kimi göyərtiləri doğrayarkən taxtanı islatmağı unutmayın, çünki quru taxta göyərtilərin suyunu özünə çəkir. Şüyüdün toz halına gətirilən toxumları kekslərdə, biskvitlərdə və bəzi kremlərdə istifadə edilir. Cəfəri və buna bənzər göyərtilər saralarsa, əvvəlcə, təmizləyin, sonra su ilə dolu stəkana saplaq tərəfindən yerləşdirib, soyuducuya qoyun. Cəfərini soyuq suda deyil, isti suda yusanız, daha yaxşı doğranar.
Bıçaqdakı soğan qoxusunu nanə yarpağı ilə ovaraq apara bilərsiniz.
Soğanları nazik-nazik doğrayın və bir neçə saat limon suyunda və ya zeytun yağında saxlayın, sonra süzərək çıxarın. Belə etsəniz, həmin soğanlardan istifadə etdikdə yeməklər daha ləzzətli olar.
Bütün xəbərlər Facebook səhifəmizdə