Siqaret tüstüsü ürəyin formasını dəyişir

Siqaret tüstüsü ürəyin formasını dəyişir
Siçanlar üzərində tədqiqat aparan alimlər qənaətə gəliblər ki, siqaret tüstüsü ürəyin formasını dəyişir və onun yığılma ritmində dəyişiklik yaradır. SİA-nın xəbərinə görə, indiyədək siqaret tüstüsünün əsas komponenti olan nikotinin ürək-damar xəstəliyinin yaranmasında rolu qeyri-müəyyən olaraq qalır. Alimlərin sözlərinə görə, siqaret tüstüsü yalnız nikotindən yox, həm də 4000-dən artıq digər kimyəvi komponentlərdən ibarətdir. Onların rolu hələ də öyrənilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə