Alkoqol pəhrizin əsas düşmənidir. O, hətta qəbul etdiyimiz qidanın kalorisini artırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Böyük Britaniya alimləri spirtli içkiləri pəhrizin başlıca düşməni hesab edir.
Şirniyyat və yüksək kalorili qidalardan imtina edən qadınlar əslində bir şeyi yaddan çıxarırlar ki, rasionlarına daxil etdikləri alkoqollu içkilər kalori baxımından onlardan geri qalmır. O, hətta qəbul etdiyimiz qidanın kalorisini artırır.
Məsələn, bir qədəh şərabda 134 kalori var. Bu, 1-2 dilim piroqda olan kaloriyə bərabərdir.
Şampan şərabında 110 kalori, qırmızı şərabda 74 kalori, ağ çaxırda 70 kalori, pivədə isə 47 kalori var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB