Evdar qadınlar daha gec qocalır
Alimlər 10 il ərzində yaşı 45-84 arasında olan 1340 qadın arasında araşdırma aparmaqla bu qənaətə gəliblər ki, yalnız ailə, ev işləri ilə məşğul olan qadınlar dövlət və ya özəl sektorda çalışan xanımlarla müqayisədə daha az-az xəstələnir, onlar daha cavan qalır və çox yaşayır. Tədqiqatçılar bu araşdırma nəticəsində qadın xoşbəxtliyi ilə bağlı yenilik üzə çıxartdıqlarını bildirir: Zərif cinsin nümayəndəsinin uzun illər təravətini, gümrahlığını, ruh yüksəkliyini və normal psixi durumunu qoruyub saxlaması üçün onlar ya kollektivlə çalışmamalı, ya da ümumiyyətlə, işdən, karyeradan imtina etməlidir.
Tədqiqatçıların sözlərinə görə, işləyən qadınların tez qocalması işin gərginliyi və ya ağırlığı ilə yox, xanımların işdə \"qazandığı\" stresin öhdəsindən çətinliklə gəlməsi ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə