Ayaqqabı və xasiyyət...

Araşdırmalar sübut edib ki, qadınların geyindiyi ayaqqabı ilə xasiyyətləri arasında əlaqə var. SİA-nın xəbərinə görə, bunu psixoloqlar müəyyən edib. Araşdırmadan əldə edilən nəticələr isə belədir:

Hündür daban ayaqqabı geyinən qadınlar rəqabətə, dəbdəbəyə və qadınlığını nümayiş etdirməyə meylli olurlar.

Nazik daban - özünə inamı yüksək olan, enerjili qadınlar olur. Belə qadınlar cazibədarlığa, diqqət mərkəzində olmağa böyük önəm verirlər.

Kiçik platforma daban - belə ayaqqabı geyən qadınlar rahatlığı sevir. Dəyişkən xarakterli olurlar. Onlar həm də danışmaqdan zövq alan şəxslər kimi də tanınırlar.

Hündür platforma daban - Psixoloqlar belə qadınların etibarlı olduğunu düşünürlər. Bundan əlavə romantik qadınlar da adətən platformaya üstünlük verirlər. Onlar olduqları kimi davranmaqdan çəkinmirlər.

Kişi ayaqqabısına bənzər daban - Belə dabanı olan ayaqqabılara üstünlük verən qadınlar nə istədiyini bilirlər. Ancaq onlar depressiyaya daha çox meylli olurlar.

İdman üslubu - idman üslubunda olan ayaqqabıları sevən qadınlar dürüst və sosial əlaqə yaratmağı bacaranlardır. Ancaq bəzən onlar həddindən artıq mühafizəkar və dəyişikliklərə qarşı kimi də xarakterizə edilə bilərlər

Bütün xəbərlər Facebook səhifəmizdə