Çox yatmaq lazımdır, yoxsa az?
Gec yatmasına baxmayaraq heç bir çətinlik çəkmədən yuxudan tez dura bilən insanların, fərz edilənin tam əksinə olaraq daha enerjili və daha dözümlü olduğu aşkar edilib. SİA-nın xəbərinə görə, mütəxəssislərin \"təbii qısa müddətli yuxu görənlər\" deyə adlandırdığı bu kəslər, günlərini kafein və ya şəkər qəbul etmədən davam etdirə bilirlər. Araşdırmalara görə, bir insanın ‘təbii yuxusuz\' ola bilməsindən ötrü gündə ən azı 6 saat yatmalıdır. 6 saatdan az yatan hər 100 adamdan yalnız 5-i həqiqi yuxusuzluqdan əziyyət çəkmir. Araşdırmalar bu cür insanları ‘çox sürətli danışan, sosial, eyni anda bir çox işi icra edə bilən şəxslər\' olaraq təyin edib. Bu şəxslərin həyatda ümumiyyətlə, daha çox uğur qazanmaları günlərinin daha uzun olması ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə