Utancaqsınızmı?

Danışarkən üzünüz qızarırsa, dostlar qrupunun ən sakit üzvü sənsənsə və utancaqlığından

bir an əvvəl xilas olmağa qərarlısansa çox adam olan yerə getməyin. Danışmağın lazım olanda qızarırsan, əllərin tərləyir, səsin qısılır. Qrup içindəykən istəklərini əsla dilə gətirmirsən. Qısacası \"utancaqlıq\" yaxanızı heç cür buraxmır!


Nə etməlisən?


Əgər bunun üçün bir psixoloqdan dəstək almağa ehtiyac duyursansa tələshik bu yolu yoxla.

Yox, \"Mən bu işi özüm bacara bilərəm\" deyirsənsə, onda sənə köməkçi olacaq təklifləri yoxla.

1. Düşüncələrinin fərqinə var! Zehinindən keçən düşüncələrin fərqinə varmaqla işə başla.

Niyə o yerdə olmaq istəmirsən? Soruşulan suallara səhv cavab verməkdən və ya yersiz bir şey

söyləməkdənmi qorxursan? Yoxsa bütün narahatlığın səhv edib biabır olacağını düşünməyindirmi?


Məsələn bacınla və ya yaxın bir dostunla bu mövzunu müzakirə et. Yeni bir mühitə girmənin sənin üçün nə qədər çətin olduğunu səsli bir şəkildə izah et ki, sən də hadisənin fərqinə yaxşıca varasan.

Hətta onlardan kömək istə. Yanındakı yoldaşın ictimai və hər mühitə uyğunlaşan biridirsə,

ondan səni yeni kəslərlə tanış etməsini, başqalarıyla danışarkən söhbəti sənin üçün asanlaşdırmasını xahiş edə bilərsən!

2. Kütləyə qarış! Əvvəl kiçik, sonra da daha böyük qruplarla ünsiyyətə keç.

Bu şəkildə utancaqlığını məğlub etməyə başladığını, özünü insanlara qarşı daha rahat ifadə edə bildiyini görəcəksən.

3. Fərqini fərq etdir! Kütləyə qarışmağı bacardın… İndi sıra digər qorxularını məğlub etməyə gəldi. Yanına gələn insanlarla danışacaq bir şeylər tapa bilmirsənsə və səhv bir şeylər söyləməkdən qorxursansa, o zaman söhbəti sən başlat!

Məsələn kitablara marağın çox yaxşıdırsa, \"Keçən gün yeni bir kitab oxudum.

O qədər gözəl idi ki, hələ onun təsirindəyəm\" deyərək mövzunu aça bilərsən.

Mövzunun irəliləməsi üçün də sual soruşmaqdan çəkinmə!


Universitetdə olarkən


• Tənəffüslərdə otaqda oturma. Yanına bir yoldaşını götürərək bufetə get, bağçada gəz.

Səninlə gələcək kimsə yoxdursa da heç əhəmiyyətli deyil. Hamısını tək başına et.

• Müəllim sual soruşanda cavabı bilirsənsə, mütləq söz istə. Sözunu unutsan da çaşsan da əhvalını pozma.

Qarşındakı kəslərin də sənin kimi bir tələbə olduqlarını xatırla. Səndən üstün olan nələri var ki?

• Dərs əsnasında müzakirə mövzuları olsa, sən də mütləq bir şeylər söylə. Səhv etməkdən qorxma.

Sənə məntiqli gələn şeyi, mütləq başqa biri daha bəyənəcək.


Yoldaşlarla


• Görüşərkən hər kəsdən mütləq necə olduqlarını soruş. Hara gedəcəyiniz müəyyən deyilsə,

əvvəldən getdiyin ya da araşdırdığın bir yerin adını söylə və qrupun lideriymiş kimi onları istiqamətləndir.

• Kənara keçib susqun oturub yalnız söhbətlərini izləyib gülməklə kifayətlənmə, söhbətə sən də qatıl.

Komik xatirələrini paylaş. Zarafat qabiliyyətini ortaya çıxar.


Partilərdə


• \"Sıxlıq olmadan gedib yer tapım\" deyə düşünmə. Sən içəri girəndə salon dolu olsun. Nə olacaq?

O zaman bütün cəsarətini yığıb başqalarının yanına get və yanlarının boş olub olmadığını öyrən.


• Yoldaşların rəqsə qaldırarkən \"xeyr\" dəmə. Möcüzəli rəqs edə bilməsənsə də heç olmasa alqış edərək onlara yoldaşlıq et.


• Masada biriylə tək qalarkən susqunluğunu pozmamaq üçün and içmiş kimi davranma. Özünə güvəndiyini müəyyən edəcək şəkildə gülümsə və mühit haqqında bir şərh et....


Bütün xəbərlər Facebook səhifəmizdə