Axşam yeməyindən sonra necə rahat yataq?

Axşam yeməyindən sonra necə rahat yataq?

Axşam yeməklərini yatma saatınızdan ən az üç, dörd saat əvvələ yeyin. Yuxu həzmi gecikdirir, yemək yedikdən sonra dərhal yatmaq doğru deyil. Yemək saatınız çox gec saatlara qalmış isə, meyvə, şorba kimi asan həzm olan qidalar yeyə bilərsiniz.

Gecə yeməkləri yüngül olmalıdır. Kalorisi yüksək, həddindən artıq yağlı, şirin qidaları gecə gec saatlarda yeməməyə diqqət göstərmək lazımdır. Qırmızı ət, xüsusilə toksik qidadır, həzmi daha uzun çəkər.

Yatmadan dərhal əvvəl karbonhidratı çox olan yağlı yeməklər yesəniz, insulin həssaslığı gecə saatlarında düşdüyündən, həzm olmayan karbohidratlar və kalorilər daha tez yağa çevrilir. Unutmayın ki, kilo almaq istəyən güləşçilər bədən piylərini artırmaq üçün bu yola əl atırlar.

Karbohidratlı yeməklərə günorta yeməyində üstünlük verin.

Makaron və yarma plovu kimi karbohidratlı yeməkləri yalnız günorta yeməyində yeyin. Axşam yeməyində ət, toyuq, balıq kimi zülallı yeməkləri seçmək daha doğru olar.

Yediyiniz zülallı yeməklərin keyfiyyətinə diqqət edilməsi lazımdır, eyni zamanda müxtəliflik də əhəmiyyət daşıyır. Bir gün balıq, digər gün toyuq, daha sonrakı gün də et yeməyə diqqət yetirin.

Bəzi günlər, zülal ehtiva edən yeməklər olmalıdır (balıq, toyuq, ət kimi). Bu yeməklər sizləri tox tutaraq acımanıza maneə törədəcək.

Digər günlərdə isə tərəvəz yemənizi məsləhət veririk. Tərəvəzlərin yanında mütləq qatıq və 1 dilim çörəkdə olmalıdır, çünki tərəvəzi tək başına yesəniz bu sizi doydurmaz, qısa bir müddət sonra acıyarsız və yatmadan əvvəl isə daha çox yemək yemə meyli olar.

İçində mürəkkəb karbohidratlar ilə az zülal olan yeməklər, kalsium ilə maqnezium olan yüngül məzə yatmanıza kömək edər. Yatmadan əvvəl az miqdarda məzə yuxuya keçişinizi asanlaşdırır. Çox yemək isə həzimsizliyə və yuxunuzun qaçmasına səbəb olar.

Bir stəkan süd və yulaflı peçenyelər

Yulaf stresə qarşı da ən təsirli taxıllardan biridir. Bundan başqa, süd, triptofan sayəsində beyniniz sakitləşir və daha rahat bir yuxuya dalarsınız. Bir ovuc qoz yeyin. Qoz yaxşı bir triptofan qaynağıdır.

Süd və ya qatıq içinə qarışdıracağınız kətan toxumu, omeqa 3 baxımından zəngindir və gərginliyinizi azaldar.

Bütün xəbərlər Facebook səhifəmizdə