İnsan qidalandıqca istər-istəməz diş və diş əti xəstəliklərinə yol açmış olur. Lakin bunların qarşısını təbii yolla və bəzi qidalar vasitəsilə almaq mümkündür. Xüsusilə pendir, süd və alma diş çürüklərinə maneə törədir və dişləri möhkəmləndirir.Qida parçalarından çıxan turşunun diş və diş əti xəstəliklərinə səbəb olduğunu ifadə edən diş həkimləri diş və diş əti xəstəliklərinin ortaya çıxmasında balanssız bəslənmənin təsirli olduğunu, bu vəziyyətin də ağız və diş toxumlarının inkişafını mənfi təsir etdiyini ifadə ediblər.
Pendir diş quruluşunu gücləndirir!
Pendirin quruluşundakı kalsium fosfat və peptitlərlə ağızdakı turşu miqdarını azaldaraq dişin quruluşunu gücləndirdiyini elm sübut edib. Çünki pendir turşunu azaldır və mexaniki təmizləmə həyata keçirir.
Süd çürük yaranmasına maneə törədir.
Südün tərkibində olan kazein, kalsiyum, fosfat, yağ və vitaminlər diş çürüklərinə mane törədir. Amma südə şəkər qatmaq qəti olmaz.
Qəhvə yerinə süd için!
Ofisdə işləyənlərin gün ərzində qəhvə, çay içmələri ağız sağlamlığına mənfi təsir edir və imkan daxilində bu içkiləri şəkərsiz içmək lazımdır. Çünki çay və kofe ağızda turşu ifraz edərək, diş çürüdən bakteriyaların meydana gəlməsinə səbəb olur. Buna görə məsləhət olar ki, bu içkilərin əvəzinə süd içmək daha münasibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB