Hansı uşaq oyuncaqları, hansı valideyn onları uşaqlarına almağı sevməz. Oyuncaqlar evə nə qədər şirinlik gətirsə də, zaman-zaman üzərlərinə çoxlu toz toplayır və öz cazibliyini itirir. Belə halda nə etmək lazımdır?
Beləliklə, vanna otağında ouncaqlar üçün gözəl bir tas hazırlayaq. İlıq suyu yumşaq köpüklə qarışdıraq. Diqqət! Yumşaq oyuncaqları yuyarkən suya yuyucu toz qoymayın.Ən yaxşısı sabun və ya şampundur.Oyuncaqları tər-təmiz yuduqdan sonra tam qurumadan daraqla darayın.Oyuncaq yenə də mağazadan yeni alınmış kimi olacaq.
Kuklaları yuyarkən onların saçına xüsusi diqqət edin. Çox isti su ilə deyil, ilıq su və sabunla yuyun ki, saçlar əvvəlki görünüşünü itirməsin.
Rezin oyuncaqları yumaq cox asandır. Onları uşaq sabunu ilə yusanız yetərli olar.Amma belə oyuncaqların 1-2 həftədə bir yumaq daha yaxşıdır, çünki bu oyuncaqlarla daha çox kiçik yaşlı uşaqlar oynayır və tez-tez də onları ağızlarına aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB